Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Əfqan şəhəri intiharçı-basqınçıların partlayışlarından titrəyir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində baş verən mərmi partlayışı nəticəsində azı 30 nəfər ölüb, 80-dək insan yaralanıb.

Xəbər verilir ki, aprelin 18-də intiharçı-basqınçı Nanqarhar vilayətinin mərkəzində, insanların sıx olduğu ərazidə özünü partladıb. İkinci mərmi bir az sonra partlayıb. Polis təmsilçisi bildirib ki, aralarında bəzi polis əməkdaşlarının olduğu güman edilsə də, ölənlərin çoxu mülki əhalidir. Taliblərin nümayəndəsi Twitter-də bu hücumu pisləyib və bəyan edib: «biz.... hər hansı iştirakı rədd edirik».

Polis rəsmiləri bildiriblər ki, araşdırma davam edir və qurbanların sayı arta bilər.

Əfqanıstanın cənub-şərqində Qazni əyalətində yerli məmurlar xəbər veriblər ki, naməlum bədxahlar etnik azlıq olan xəzərlərdən 4 nəfər mülki şəxsin başı kəsib. Keçən həftə daha 4 nəfər oğurlanıb.

XS
SM
MD
LG