Keçid linkləri

Təcili xəbərlər

"Bloomberg"in bütün dünya boyu terminalları sönüb


Bloomberg İnformasiya Agentliyinin bütün dünya boyu terminalları sönüb. Minlərlə treyder informasiya təminatından məhrum olub.

2 saat yarımdan sonra bəzi treyderlər sosial şəbəkələrdə yazıblar ki, onların girişi bərpa olunmağa başlayıb.

Problemin səbəbi məlum deyil. Bloombergin xidmətindən istifadə edənlər bir qədər gözləyəndən sonra Reutersin terminallarına keçib.

Bloombergin terminalı – Bloomberg İnformasiya agentliyinin maliyyə məhsuludur. Buna 300 min abunəçi var.

Terminala giriş abunəsi ayda 1800 dollardır. Abunəçilər bununla operativ bazar informasiyasına giriş əldə edir.

Dünyanın ən böyük maliyyə şirkətləri Bloombergin terminalından istifadə edir.

Digər oxşar terminallardan biriReutersin terminalıdır. Onun adı Thomson Reuters Eikondur.

Ən son yazılan

XS
SM
MD
LG