Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:17

Gəlməyən qatarı gözləyənlər [Fotolar]


Hacı İsmayılov "21:15 qatarı" tamaşasında
Hacı İsmayılov "21:15 qatarı" tamaşasında

-

Aprelin 15-də Akademik Milli Dram Teatrında "21:15 qatarı" tamaşasının premyerası oldu.

Tamaşa türk dramaturqu Toyqun Orbayın pyesi əsasında hazırlanıb. Rolları Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Sənubər İsgəndərli, Firuz Xudaverdiyev, Ramin Şıxəliyev ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.

Tamaşa iki nəfərin dəmiryolu vağzalındakı söhbəti üzərində qurulub. Bir hissəli tamaşa boyu yad kişi və qadın 21:15 qatarını gözləyərəkən bir-biri, həm də vağzalın rəhbəri ilə tanış olurlar. Məlum olur ki, 21:15 qatarı heç vaxt vağzala gəlmir.

Toygun Orbay 1956-cı ildə İstanbulda doğulub. İxtisasca həkim olan Orbay «Mat», «Şərəfinə insanoğlu» və «21:15 qatarı» pyeslərinin müəllifidir.

Pyesləri İstanbulda, Ankarada, İzmirdə, Nyu-Yorkda, Lefkoşada dəfələrlə tamaşaya qoyulub.

Müəllifin «21:15 qatarı» birpərdəli pyesi 2002-ci ildə yazılıb. Bu tamaşa Azərbaycan səhnəsində T.Orbay yaradıcılığına ilk müraciətdir.

Toyqun Orbayın bu pyesini Azərbaycan dilin şair Dilsuz çevirib.

Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli "21:15 qatarı" tamaşasında
Nurəddin Mehdixanlı və Sənubər İsgəndərli "21:15 qatarı" tamaşasında

XS
SM
MD
LG