Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

Nobel mükafatlı yazıçının romanı Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatından yeni kitablar gəldi.

Naguib Mahfouz. Yol

“Yol” romanında Nobel mükafatlı Misir yazıçı Nəcib Məhfuz baş qəhrəmanı Sabiri iki yol – iki seçim qarşısında qoyur.

Anasının vəfatından sonra Sabir heç vaxt görmədiyi atası zəngin aristokrat Səid ər-Rəhimini axtarmağa başlayır. Həmişə anasının himayəsində rahat həyat yaşamış, heç bir sənəti, bacarığı olmayan Sabir yeganə çıxış yolunu zəngin atasını tapmaqda görür. Əvvəlcə İsgəndəriyyədə, daha sonra Qahirədə davam edən axtarışlar heç bir nəticə vermir. Bu axtarışlar ərzində tale Sabiri iki qadınla qarşılaşdırır. Bu iki qadının timsalında yazıçı qəhrəmanını iki seçim qarşısında qoyur – ya yeni bir həyata başlamaq, ya da cinayətə əl atmaq.

Tərcümə: Hülya Aslan

Hector Malot. Ailəsiz

Məşhur fransız yazıçısı Hektor Malonun bu romanının əsas ideyası dostluq və dürüstlükdür.

Əsər uzun müddət öz ata-anasının kim olduğunu bilməyən və yetim kimi yad adamların arasında dolaşan balaca Reminin həyatından və sərgüzəştlərindən bəhs edir.

Yazıçı, Reminin həyatını, onun dostları – mehriban Barberen ananı, nəcib Vitalisi, sədaqətli dostu Mattianı, düşmənləri – qəddar Qarafolini, vicdansız Driskolu, hiyləgər Ceyms Milliqanı böyük məharətlə təsvir edir. H.Malo povestin tam hüquqlu iştirakçıları olan heyvanların – meymun Duşkanın, Kapi, Dolçe və Zerbino itlərin təsvirinə də böyük diqqət yetirir.

Tərcümə : Şəfiqə Ağayeva (Ardı aşağıda)

John Gray. Kişilər Marsdan, qadınlar Veneradandır

Dünyanın 40 müxtəlif dilinə tərcümə olunmuş bu kitabı qadın-kişi münasibətləri mövzusunda ən çox oxunan kitablardan biri hesab olunur.

Bəzən kişi və qadınların sevgi münasibətlərində fikir ayrılığı, lazımsız dava-dalaş və mübahisələr yaranır. Bu da çox vaxt səbəbsiz ayrılıqlara səbəb olur. Bu kitab münasibətlər arasındakı gərginliyin səbəbini izah edir.

Con Qrey cinslər arasındakı fərqləri dərindən araşdırıb sağlam sevgi münasibətləri qurmaqda oxuculara yol göstərir.

ən praktik bələdçidir. Həyatınızı sevgiylə doldurmaq, xoşbəxt olmaq sizin də haqqınızdır! Sevgi ecazkardır və fərqlərinizi xatırladığınız halda həyatınıza rəng qatmaqda davam edəcək.

50 milyondan çox tirajla satılan bu kitab 1990-cı illərdə bestseller olub.

Gülay. P.S. Zaten boyun da küçüktü...

Və "Qanun" nəşriyyatının çap etdiyi daha bir kitab. 25 yaşlı azərbaycanlı Aktrisadan türk dilində roman.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG