Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:31

Dovlatovun hekayələri bədii film oldu


ABŞ - Sergei Dovlatov və Petr Vail "Yeni amerikalı" jurnalını çapa hazırlayırlar, Nyu-York, 1981
ABŞ - Sergei Dovlatov və Petr Vail "Yeni amerikalı" jurnalını çapa hazırlayırlar, Nyu-York, 1981

-

Bu ilin payızında Rusiyada ekranlara "Gözəl epoxanın sonu" adlı film çıxacaq.

Tanınmış rus rejissoru, Dövlət Dumasının mədəniyyət komitəsinin rəhbəri Stanislav Govorukhin bu filmi 20-ci əsr rus ədəbiyyatının parlaq imzalarından olan Sergei Dovlatovun hekayələri əsasında çəkib.

Rejissor bildirib ki, əsasən Dovlatovun "Kompromiss" hekayələr toplusundan istifadə edilib.

Əsas personajlardan biri jurnalistdir. Elə Dovlatovun özünü xatırladan bir personajdır.

Sovet dövründə ABŞ-a mühacirət etmiş Dovlatov orada "Yeni amerikalı" jurnalını buraxmışdı.

Filmin süjetinin əsasında Andrei Lentulov adlı yazarın Leninqraddan Tallinə köçməyə məcbur edilməsi dayanır.

Tallində o, yerli qəzetə işə düzəlir.

Filmin adı da Dovlatovun eyni adlı məqaləsinin başlığından götürülüb.

Rolları İvan Kolesnikov, Sergei Garmash, Fyodor Dobronravov və başqaları ifa edirlər.

XS
SM
MD
LG