Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:33

Bruce Lee 40 il sonra qayıdır!


Bruce Lee
Bruce Lee

-

1960-70-ci illərin məşhur kino ulduzu, əlbəyaxa döyüş ustası Bruce Lee kompüter qrafikası ilə "dirildilir".

O, "İp Man" kinoseriyasının üçüncü hissəsində öz rolunu "özü" ifa edəcək.

OxuZalı "Hollywood Reporter"ə istinadla xəbər verir ki, filmin yaradıcıları Bruce Lee rolunu lazımı səviyyədə ifa edəcək aktyor tapa bilmədikləri üçün yeni texnologiyalara müraciət etməyə məcbur olublar.

Filmin premyerası 2016-cı ildə olacaq.

Boks üzrə keçmiş dünya çempionu Mike Tyson da filmdə rol alır. O, küçə döyüşçüsü rolunu ifa edəcək.

Kinoseriyanın müəllifləri Bruce Lee-ni hələ ikinci hissədə "diriltmək" istəyirmişlər. Amma o zaman aktyorun yaxınlarının razılığını almaq mümkün olmamışdı.

"İp Man" yarıbioqrafik filmdir. İlk hissəsi 2008-ci ildə çəkilib. İp Man məşhur əlbəyaxa döyüş ustası olub. Bruce Lee də ondan dərs alıb.

Kinoseriyanın ikinci hissəsi iki il sonra ekranlara çıxıb və 50 milyon dollar toplaya bilib.

Sovet İttifaqında da populyar olmuş Bruce Lee ümumilikdə 30-a yaxın filmə çəkilib.

1973-cü ildə film çəkilişləri dövründə qəflətən vəfat edib.

XS
SM
MD
LG