Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:23

İclasda Baş nazirin yanında 2 yüksək vəzifəli məmuru qandalladılar (video)


Nazir və müavini hökumətin iclasında qandallanıb həbs edildi
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Nazir və müavini hökumətin iclasında qandallanıb həbs edildi

.

İqtisadi böhran, Rusiya ilə açıq müharibənin ardından Ukraynada oliqarxların “müharibəsi” başlayır. Ukrayna prezidenti Petro Poroshenko ilə oliqarx, Dnepropetrovsk qubernatory İhor Kolomoyskinin mübahisəsi Ukraynanın post-sovet tarixində təhlükəli anlardan sayıla bilər.

JURNALİSTİ TƏHQİR EDƏNDƏN SONRA…

Martın 20-də İhor Kolomoyski 42% payçısı olduğu “UkrTransnaft” şirkətinin rəhbərliyinin dəyişdirilməsinə etiraz olaraq silahlı şəxslərlə birlikdə şirkətin ofisinə gəlib. 6 saatdan sonra binadan çıxan Kolomoyski-yə AzadlıqRadiosunun müxbiri sual edib ki, bir məmur gecə vaxtı dövlət müəssisinin ofisində nə edir? Jurnalisti təhqir edən Kolomoyski cavabında deyib ki, “siz bu müəssisəyə rus diversantlarının necə daxil olması ilə niyə maraqlanmırsınız?”

Igor Kolomoisky
Igor Kolomoisky

​Bu olaydan sonra Ukrayna prezidenti Petro Poroshenko jurnalisti söyüş söyməklə təhqir etmiş İhor Kolomoyski-yə “dövlət qulluqçusuna yaraşmayan hərəkəti”nə görə töhmət verib.

UKRAYNADA NƏ BAŞ VERİR?

Kolomoyski söhbəti səngiməmiş bu gün - martın 25-də hökumətin iclasında iki yüksək vəzifəli şəxs elə zaldaca qollarına qandal keçirilərək həbs olunublar. Onlar fövqəladə hallar dövlət xidmətinin rəisi Serhiy Bochkovskiy və onun müavinidir. Saxlananlar ofşor şirkətlərlə bağlı korrupsiyada şübhəli bilinirlər.

​Ukraynanın baş naziri Arseniy Yatsenyuk jurnalistlərə açıqlamasında deyib ki, həbsdən o özü də elə yenicə xəbər tutub:

“Mən daxili işlər nazirindən açılan cinayət işi ilə bağlı ictimaiyyətə ətraflı məlumat verməsini istəyəcəm. Hakimiyyət ölkədə korrupsiya ilə mübarizə üçün real tapşırıqlar verib. Ölkə hazırda mübaribə şəraitindədir, ordu və müdafiəyə milyardlarla dollar xərcləyir".

“BİZ BİRLİKDƏ GƏLMİŞİK, BİRLİKDƏ DƏ GEDƏCƏYİK”

Bu həbsdən bir neçə saat öncə prezident Petro Poroshenko Dnepropetrovsk vilayətinin qubernatoru, oliqarx İhor Kolomoyskyninin vəzifədən kənarlaşdırılması barədə sərəncam imzalayıb.

Kolomoyski-nin Petro Peroshenko ilə görüşəndən sonra iki müavini ilə birlikdə istefa verməsi barədə xəbər yayılmışdı. Onun müavinlərindən biri Svyatoslav Oleynik AzadlıqRadiosuna istefa xəbərini təsdiqləyib:

"Biz bir il öncə ölkənin çətin vəziyyətdə olanda eyni komandada gəldik. Eyni komanda da getməliyik. İstefa verib-verməmək əsas sual deyil. Hansısa digər danışıqlar olmasa biz bir yerdə gəldiyimiz kimi bir yerdə də gedəcəyik. İndiki durumda düşünürəm ki, hamımız getməliyik".

Polis hökumətin iclasında Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Bochkovski-ni həbs edir. 25 mart 2015
Polis hökumətin iclasında Fövqəladə Hallar Xidmətinin rəhbəri Serhiy Bochkovski-ni həbs edir. 25 mart 2015

KOLOMOYSKİ TƏRƏFDARLARININ AKSİYASI…

Oleynik deyir ki, ona Dnepropetrovsk vilayətinin yeni qubernatorunun adı da bəllidir. Bu Valentina Reznichenkodur:

"Ona uğurlar arzulayıram. Axı, "əsas tapşırıq” eynidir - Dnepropetrovskın müdafiəsini və stabilliyini saxlamaq".

O ki, qaldı Kolomoyskinin komandasına, Oleynik deyir ki, onlar bundan sonra da sakitlik və sabitlik üçün əllərindən gələni edəcəklər.

"Ukraynanın birliyi üçün" adlı mitinq konsert də planlaşdırılır. Şənbə günü keçirləcək mitinqdə Kolomoyski komandasının illik hesabat verəcəyi gözlənilir.

“MAYDANDAN SONRA UKRAYNALILAR DAHA TƏLƏBKAR OLUB”

Deputat Anton Gerashenko öz facebook hesabında yazıb ki, Kolomoyski və onun komandası 2014-cü ildə üstünlüyünü itirdi:

"Onlar Donesk və Luqanskdakı ssenarinin təkrarlanmasına imkan vermədilər. Tətbiq etdikləri bir çox metodların hamısı heç də qanuni deyildi. Bu həqiqətdir".

Gerashenko əlavə edir ki, Maydan hadisələrindən sonra ukraynalılar seçdikləri hakimiyyətə qarşı daha tələbkar və sərt olublar:

"Xalq istəyir ki, Ukrayna Avropaya doğru addımlasın. Bunun üçün hakimiyyətdə peşəkar siyasətçilər və menecerlər olmalıdır, öz nüfuzlarını, bizneslərini qorumaq üçün çalışanlar yox”.

Arsen Avakov
Arsen Avakov

NAZİRDƏN XƏBƏRDARLIQ…

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov öz facebook hesabında silahlı qruplarla mübarizədən yazıb.

Nazir bildirib ki, bundan sonra silahların ictimai yerlərdə dolaşması qadağan olunur. Ukrayna qanunları hansısa mühafizə xidmətlərinin silah saxlamasına icazə vermir:

"Mühafizə şirkətlərinə xəbərdarlıq edirəm. Bu gündən lisenziya almadan silah gəzdirən bütün mühafizə şirkətlərinin fəaliyyəti qanunsuzdur. Küçələrdə hansısa işadamını və ya siyasətçini qorumaq üçün şəxsi silahlı mühafizəçilər gəzə bilməyəcək. Bu hər kəsə aiddir".

OLİQARXLARIN MÜHARİBƏSİ…

Ukraynanın keçmiş hökumət rəsmisi Oleksandr Bondarın fikrincə, Ukraynada oliqarx modelinin bitməsi o qədər də real görünmür:

“Biz islahatlarla bağlı şansımızı itiririk. Mən həmişə demişəm, bir daha təkrar edirəm. Putin rahat nəfəs ala bilər. Çünki bizim hakimiyyət və bizim oliqarxlar onun üçün hər şey edir”.

Ukraynanın gündəmi isə nəinki hər gün, az qala hər saat dəyişir. Növbəti gün nə baş verəcəyi, bu həbslərin ardından Ukraynanı nələr gözləyəcəyini zaman göstərəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG