Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

İsraildən Macarıstanın "Eurovision" mahnısına etiraz


Boglárka Csemer
Boglárka Csemer

-

İsrail Macarıstanı "Eurovision-2015"də təmsil edəcək mahnının "siyasiləşdirilməsi"ndən qəzəblənib.

Müğənni Csemer Boglárka "Heç nə uğrunda mübaribə" mahnısını ifa edərkən fondakı ekranda "2014 - Qəzza - Qurbanların üçdə ikisi mülki şəxslər idi, o cümlədən 500-dən çox uşaq" sözləri də yazılır.

İsrailin Macarıstandakı səfiri yerli ictimai media orqanlarını birləşdirən quruma şikayətində "populyar musiqi yarışmasından siyasi mesajların ötürülməsi üçün istifadə edilməsini yersiz saydığını" bildirib.

Səfirə bildirilib ki, "Eurovision"un qaydaları siyasi mesajları qadağan edir. Qurumun yüksək vəzifəli rəsmisi söz verib ki, sözügedən informasiya mahnının arxa planındakı videoçarxdan çıxarılacaq.

XS
SM
MD
LG