Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:01

Ərkivanda müstəqil sayt açıldı...


Sayt 10 bölmədən ibarətdir.
Sayt 10 bölmədən ibarətdir.

-

Masallı rayonun Ərkivan qəsəbəsinin internet saytının (arkivan.az) rəsmi açılışı olub. Sayt 10 bölmədən ibarətdir. Tarixi bizim eradan əvvələ gedib çıxan Ərkivan qəsəbəsinin mədəniyyəti, tanınmış şəxsiyyətləri və digər məlumatlar saytda öz əksini tapıb.

Saytın redaktoru Zahir Əmənovun dediyinə görə, bu sayt cənub bölgəsində ərsəyə gələn ilk kənd saytıdır və daimi fəaliyyət göstərəcək. O deyir ki, Ərkivan qəsəbəsi əhalinin sayına görə Azərbaycanda iri yaşayış məntəqələrindən biridir:

«Bu saytdakı materiallar rus və ingilis dillərinə tərcümə olunacaq. Bu, kəndin dünyaya çıxışıdır».

Cənub bölgəsində ən çox internet istifadəçiləri də Masallı rayonun payına düşür. Burada internet istifadəçilərin sayının 10 min nəfərə yaxın olduğu deyilir.​

XS
SM
MD
LG