Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:15

İsveçdə IX əsr məzarından tapılan üzükdə Allahın adı yazılıb


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

Vikinqlərin qədim məskəni kimi tanınan Birkada aşkar edilən bir üzük bu tarixi ticarət mərkəzinin adını dünya mediasının səhifələrinə çıxarıb. IX əsrə aid olduğu ehtimal edilən təkqaşlı üzük gümüşdəndir. Qaşın üzərində 8-10-cu ərsə aid Kufi ərəb əlifbası ilə «Ya Allah» sözü yazılıb.

İndi alimlər, tarixçilər, arxeoloqları bir sual düşündürür. Üzərində «Ya Allah» yazılan bu üzük vikinqli bir qadına necə çatıb?

Üzüyün fotosuna burada bax

Üzük təxminin 800-cü illərdə vikinqlərin ticarət etdiyi Birka adlı ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanıb. Öz unikallığı ilə seçilən üzük sadə Skandinaviya üst geyimində dəfn olunan bir qadının qəbrindən tapılıb…

«VİKİNQLƏRLƏ ABBASİ XİLAFƏTİ ARASINDA ƏLAQƏ…»

Bu xəbərin yayıldığı ilk günlər ən çox səslənən ehtimal o idi ki, üzüyü ticarətçilər gətirib. Amma Stocholm Universitetinin biofiziki Sebaastioan Wärmländer və onun həmkarı bu iddialları alt-üst edib. Onlar üzüyü tədqiq ediblər. Məlum olub ki, üzüyün daşı əslində rəngli şüşədəndir. Belə qaşlar vaxtı ilə Vikinqlərdə, eləcə də min illlər öncə Mərkəzi Asiya və Cənubi Afrikada olub.
Stocholm Universitetinin həmkarları iddia edirlər ki, bu üzük Yaxın Şərq və Şimali Afrikada aparıcı rol oynayan Abbasi xilafəti ilə Vikinq cəmiyyəti arasında birbaşa əlaqəni göstərir:

«Qadının özü və ya ona yaxın adamlarının xilafət və ya ona yaxın regionlara səfər etmələri mümkün deyil».

«​VİKİNQLƏR GÜMÜŞƏ MARAQ GÖSTƏRİBLƏR»​

Washington Post yazır ki, fiziklərin bu iddialları bir qədər qeyri-adi görünə bilər. Amma vaxtı ilə Skandinaviyalılar müsəlman dünyası ilə təmasda olublar. XI əsrə qədər Vikinqlər Qərbi və Cənubi Amerikadan başlamış Konstantinopola (İstanbula) qədər, ordadan da Bağdada keçiblər.

2008-ci ildə tarixçi Farhat Huseyn Abu Dabidəki «Millət» qəzetinə müsahibəsində demişdi ki, vikinqlər gümüşlə daha çox maraqlanırdılar, nəinki qızılla:

«Bu Vikinqlərin kişi və qadın olmalarının simvolu idi. Onlar həttə özlərini gümüşlə basdırmaq istəyirdirlər».

«ÜZÜK SİRRİNİ AÇMAQ ÜÇÜN KEÇMİŞƏ SƏYAHƏT ETMƏK İSTƏRDİM»​

Bu layihədə iştirak edən Statens tarix müzeyinin müəllimi Linda Wåhlander üzüyün sirrini açmaq üçün arxeoloq yox, gələcəyə və keçmişə səyahət etməyi arzulayır:

«Mən arxeoloqam. Amma hərdən azrulayıram ki, kaş mən zaman səyyahı olardım. Deyə bilmərəm bu üzük satın alınıb və ya qarət olunub. Amma bu üzüyün tarixini, qadına necə çatdığını bilmək çox maraqlı olardı. O evindən uzağa gedib, ya kimsə uzaqdan üzüyü ona gətirib?»

Qadının bu üzüyü hardan və necə əldə etdiyi bəlkə də heç vaxt məlum olmayacaq. Amma tarixçilər və arxeoloqlar bu üzüyün tədqiqinə xüsusi diqqət ayrırlar. Yalnız üzüyün tarixini bilmək üçün yox, həm də bu üzüyün vikinqli qadına necə gəlib çatdığı onların özlərinə də maraqlıdır deyə.​

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG