Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:37

Servanteslə dostluq münasibətlərində olmuş azərbaycanlı...


-

"Qanun" nəşriyyatından iki yeni kitab gəldi:

Nəriman Əbdülrəhmanlı. KÖNÜL ELÇİSİ, YAXUD DON XUAN DE PERSİA – ORUC BƏY BAYATIN HEKAYƏTİ

"Qanun" nəşriyyatı bildirir ki, bu kitab Avropada görkəmli şair, yazıçı rəssam kimi tanınmış və İspaniyanın dünya şöhrətli yazarı Migel De Servanteslə dostluq münasibətlərində olmuş azərbaycanlının həyat hekayəsidir. Və 17-ci əsr son dərəcə maraqlı səyahətdir.

N.Əbdülrəhmanlının bu kitabı Səfəvi hökmdarı I Şah Abbasın 1599-1601-ci illərdə Moskov çarlığına və Avropa ölkələrinə göndərdiyi səfarət barədə, səfarətin birinci katibi, zəmanəsinin gözəl təhsil görmüş adamlarından olan, döyüşçü, şair, rəssam, Qərbdə Don Xuan de Persia adıyla tanınan Oruc bəy Bayatın ömür hekayəti haqqındadı.

Romanda siyasi qarşıdurmalar, xəyanətlər, qətllər, fırıldaqlar, əzablarla yanaşı gözəl eşq macəraları da var...

Andrey Platonov. KATLOVAN

"Qanun" nəşriyyatı böyük rus yazıçısı Andrey Platonovun şah əsəri "Kotlovan"ı ilk dəfə Azərbaycan dilində çap etdiyini bildirir.

Platonov Sovetlər dağılandan sonra yenidən kəşf edilmiş yazıçıdır. Sovet dövrünün ideoloji tələbatına cavab vermədiyi üçün uzun illər qadağan olunmuşdu. "Kotlovan" əsəri isə bir başa Stalin kollektivləşdirilməsi əleyhinə yazılmış əsərdi.

Platonovun əsərləri çətin tərcüməyə gəlir. Hər tərcüməçi bu işə girişməyə cəsarət etmir. Tərcümə gənc yazar Aysel Əlizadənindir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG