Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Milli Məclisdə Avropa Oyunları ilə bağlı çağırışlar edildi


Milli Məclis
Milli Məclis

-

Milli Məclis Ombudsman Elmira Süleymanovanı «Avropa Oyunlarına qarşı təbliğat» aparan beynəlxalq təşkilatlarla mübarizə aparmağa çağırır.

Martın 6-da Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik hesabatı dinlənilib.

Qısa müzakirələrdən sonra hesabat səsə qoyulub. Deputatlar hesabatın lehinə səs veriblər.

ANS-in məlumatına görə, Elmira Süleymanova bildirib ki, 2014-cü ildə ünvanına 13 mindən çox müraciət daxil olub. Müraciətlərin 74.2 faizi şikayətlərdir.

Ombudsman deyib ki, cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3 min 547 şəxs qəbul edilib. Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib. 49 faiz şikayətlər isə baxılmaq üçün icraata götürülüb, bunların 56.8 faizi təmin edilib.

«ELMİRA XANIM ÖZ NÜFUZUNDAN İSTİFADƏ ETMƏLİDİR»

Deputat Qüdrət Həsənquliyev Ombudsman Elmira Süleymanovanı I Avropa Oyunlarına qarşı təbliğat aparan beynəlxalq təşkilatlara qarşı mübarizəyə çağırıb.

Trend-in məlumatına görə, Qüdrət Həsənquliyev deyib ki, I Avropa Oyunları Azərbaycanın dünyada təbliğ olunması üçün çox böyük hadisədir, bir fürsətdir:

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

«Ancaq çox təəssüf ki, Azərbaycanın əleyhinə olan ermənipərəst qüvvələrin dünyanın aparıcı ölkələrində güclü lobbiləri var, o ölkələrin siyasətinə təsir edə bilirlər. Həmin ölkələr də beynəlxalq insan hüquqları təşkilatlarını maliyyələşdirirlər və o təşkilatlar da onların sifarişləri ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirirlər. Biz bütün bu reallıqları bilirik və o reallığı da bilirik ki, dünyada insan hüquqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırır. Ona görə də Elmira xanım da öz nüfuzundan istifadə etməlidir. Biz çalışmalıyıq ki, bu Oyunlar ərəfəsində həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasına imkan verməyək ki, kimlərsə bu böyük tədbirin üzərinə kölgə sala bilməsin».

YAP-ÇI DEPUTAT İSVEÇRƏ SƏFİRLİYİNİ İTTİHAM ETDİ: «VERGİDƏN QAÇAN ADAMI GİZLƏDİRLƏR...»

«Son dövrlər bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında olmazın şər kampaniyası aparır. «Eurovision» ərəfəsində də belə kampaniya gedirdi».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Qafqazinfo xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında deyib.

Deputat bildirib ki, onlar erməni mənşəli, qrant verib sonra «şapka» aldığı şəxsləri dəstəkləyirlər:

«Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoymalıdır. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək Avropa Oyunlarının təqdimatını edir. Biz də bir işin qulpundan tutaq».

Siyavuş Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər:

«Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən qaçıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin».

XS
SM
MD
LG