Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 11:27

Azərbaycan telekanalları Boris Nemtsovun ölüm xəbərini belə çatdırırlar…


Boris Nemtsov
Boris Nemtsov

-

Rusiyanın sabiq baş nazirin müavini, müxalifət lideri Boris Nemtsov bu gün - martın 3-də Moskvada dəfn olunub. O, fevralın 27-də Kremlin yaxınlığında güllələnib və hadisə yerindəcə keçinmişdi.

Bu olay təkcə Rusiyanın özü üçün yox, dünya mediası üçün əsas müzakirə mövzusudur.

BƏS, AZƏRBAYCAN TV-LƏRİ BU XƏBƏRİ NECƏ ÇATDIRIR?
AzadlıqRadiosu ölkənin əsas televiziyalarının xəbərlər proqramının kiçik monitorinqini aparıb.

Demək olar ki, əksər TV-lər bu mövzuda yalnız Rusiyanın rəsmi mövqeyini səsləndirməyə üstənlük verir.

Gözlə

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid


Əvvəl başlayaq Azərbaycanın dövlət televisizyası olan AZTV-dən. AZTV hadisənin nə vaxt, harada, necə baş verdiyi haqda məlumat verdikdən sonra, rəsmi versiyaları və Rusiya prezidenti Vladimir Putinin qətlə münasibətini səsləndirib:

“Hadisə ilə bağlı dərhal Putinə məruzə olunub. Putin bu qətlin sifariş və təxribat olduğunu bildirib”.

Gözlə

No media source currently available

0:00 0:01:24 0:00
Direct-ə keçid


SPACE: “QƏTL 23 YAŞLI SEVGİLİSİNİN ABORT ETDİYİNƏ GÖRƏ EDİLƏ BİLƏR”
Keçək özəl televiziya kanallarına… AZTV-də olduğu kimi, Lider TV də qətlə bağlı yalnız rəsmi versiyaları səsləndirib. Hamısını yox, bəzisini...

ATV də LidetTV və AzTv kimi daha çox rəsmi versiyaları səsləndirib. Həm də bu versiyaların hamısını yox, bəzilərini:

“Rusiya Daxili İşlər Nazirliyi sui-qəsdlə bağlı 5 müxtəlif versiya üzrə istintaq apardığını bildirib. Variantlar arasında Putin Administrasiyasını nüfuzdan salmaq cəhdi, eləcə də hücumu islamçıların etməsi ehtimalı var. Nemtsovun yaxınlarına başsalığı verən prezidenti Vladimir Putin onun Rusiya tarixində öz izini saldığını bildirib. Putin Nemtsovun qətlini təxribat kimi qiymətləndirib”.

ATV bu mövzuda xəbərini Putinin hakimiyyətə gəlməsindən sonra Nemtsovun müxalifətə keçməsi ilə bitirib.

SPACE TV-DƏ SPONSORLARIN VERDİYİ PUL, ABORT SÖHBƏTİ…
Nemtsovun ölüm xəbərini bir qədər daha dolğun, eləcə də özlərinəməxsus şəkildə Space kanalı çatdırıb. Space TV Nemtsovun qətlə yetirilmə versiyası kimi aşağıdakıları sadalayıb:

“Təhqiqat qrupu qətlin törədilməsi ilə bağlı bir neçə versiya üzərində çalışır. Onlar xarici sponsorların göndərdiyi pulların bölüşdürülməsi ilə bağlı narazılıq, Nemstovun sevgilisi ukraynalı model Anna Duritskaya ilə abort məsələsində münaqişəsi üzərində çalışırlar”.

NEMTSOVUN ÖLÜMÜNDƏN ƏVVƏL DEDİKLƏRİ…
Space TV-nin səsləndirdiyi bu versiyalar bəlkə də təhqiqat qrupunun özü üçün də yeni yenidir. Space televiziyası versilayaları səsləndirdikdən sonra xəbəri qətllə bağlı fərqli fikirlərlə davam etdirib. Digər yerli TV-lərdən fərqli olaraq yalnız rəsmi versiya və rəsmilərin münasibətini deyil, həm də başqa fikirlərə yer ayırıb:

“Rusiya prezidentinin mətbuat katibi Nemtsovun qətlini təxribat adlandırıb. Bildirib ki, Nemtsov Rusiya hakimiyyəti üçün təhlükəli deyildi. Nemtsovun partiyadaşları isə qətlin siyasi sifarişli olduğunu və qısa xarakteri daşıdığını bildiriblər. Litva prezidenti qətlə görə Vladimir Putini günahlandırıb. Kreml divarları yaxınlığında güllələnən Nemtsov ölümündən bir neçə saat əvvəl verdiyi müsahibəsində deyib ki, həm sosial şəbəkələrdə, həm də real həyatda tənqidi çıxışlarına görə, Putinin onu öldürə bilər”.

Space TV qətllə bağlı xəbəri Nemtsovun qadınlara marağını xüsusi vurğulamaqla başa vurur. Bu telekanal mərhum Nemtsovu ilk baxışdan qadınlara sevgi etirafı edən, bir nikahı olsa da 4 qadından uşağı olan kişi kimi tanıdır.

Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid


XƏZƏR TV: “NEMTSOVU ONA GÖRƏ ÖLDÜRÜBLƏR Kİ…”
Xəzər TV Nemtsovla bağlı xəbərdə onun qətldən öncə hədələndiyini vurğulayır. Digər kanallarda olduğu kimi Xəzər TV də rəsmi versiyaları, Putini dedikləri haqda məlumatları verir. Və sonda siyasətçilərin qətllə bağlı şərhləriə yer ayırıb. Telekanal bəzi siyasi şərhçilərə istinadla iddia edir ki, qətlin sifarişi Rusiyadan kənardan verilib:

“Vladimir Putin Nemtsovun anasına göndərdiyi teleqramda yazıb ki, bu alçaq və ikiüzlü qətlin sifarişçilərinin layiqli cəzalanmaları üçün bütün lazımi addımlar atılacaq. Onun tanınmış müxalifətçi olduğunu bildirən bəzi politoloqlar qətlin Rusiyadan kənardan sifariş edildiyini bildirirlər. Putinin düşmənləri onu kəskin tənqid edən Nemtsovu ona görə öldürüblər ki, bunda hakimiyyəti ittiham etsinlər”.

Azerbaijan -- News on ANS TV, 24Nov2006
Azerbaijan -- News on ANS TV, 24Nov2006

Nemtsovun ölümünü ANS TV baş xəbər kimi çatdırıb. ANS qətl xəbərini anbaan yeniləyib. Əsas məlumatdan başqa, başqa, həm də rəsmi və müxtəlif fikirlərə yer ayırıb. ANS TV Moskvadakıson durum, Boris Nemtsovun son dönəmlərdəki fəaliyyəti, Putini tənqid etməsi, Ukrayna-Rusiya müharibəsi ilə bağlı rəyini çatdırıb.

Bu bir hadisənin, özü də Azərbaycandan kənarda baş verən amma bütün dünyada əsas hadisə sayılan Boris Nemtsovun qətli ilə bağlı Azərbaycan TV-lərində gedən xəbərlərin xülasəsi idi.

Bu xəbəri həm də Azərbaycan üçün ona görə, önəmli sayanlar var ki, 10 il əvvəl Azərbaycanda da jurnalist Elmar Hüseynov qətlə yetirilmişdi. Öz yaşadığı evin qarşısında. Ötən 10 ildə Elmar Hüseynovun qətlinin üstü hələ də açılmayıb. Azərbaycan telekanalları onun da qətlini eynən Boris Nemtsovun qətli xəbəri kimi, daha çox rəsmi mövqelərin işıqlandırılmasına əsasən verirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG