Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:31

"Dünya Ədəbiyyatı" seriyasından daha iki kitab


-

Prezidentin sərəncamı ilə çap edilən 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanası seriyasından növbəti 2 kitab işıq üzü gördü.

1. Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild

2. Migel Asturias. “Seçilmiş əsərləri”

Beləliklə DƏK seriyasından artıq 105 kitab nəşr olunub.

Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild

Bu cilddə XX əsrin görkəmli nümayəndələri Jean-Paul Sartre-ın "Yalnız həqiqət", Armand Salacrou-nun "Lenuar arxipelaqı, yaxud tərpənməyənə toxunmayın", Eduardo De Filippo-nun "Neapol", Max Frisch-in "Don Juan, yaxud həndəsəyə vurğunluq", Vitold Gombrovich-in "Burqundiya şahzadəsi İvonna", Kobe Abenin "İstehkam" və Leroy Jones-un "Uçan hollandiyallı" əsərləri verilib.

Miguel Asturias. “Seçilmiş əsərləri”

Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır.

Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias “Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.

Bu kitabda onun “Mais adamlar” romanı, “Lida salın aynası” silsiləsindən olan hekayələri, “Qvatemala” silsiləsindən olan əfsanələri, “Kukulkan – qanadlı ilan” pyesi cəmlənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG