Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

«Əli və Nino» filminin çəkilişləri başlayır


«Əli və Nino» filminin yaradıcı heyəti ilə mətbuat konfransı - 22 fevral 2015
«Əli və Nino» filminin yaradıcı heyəti ilə mətbuat konfransı - 22 fevral 2015

-

Fevralın 24-dən Bakıda Qurban Səidin dünya bestselleri olan «Əli və Nino» romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır.

Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, bununla bağlı həftəsonu mərkəzdə yaradıcı heyətin mətbuat konfransı keçirilib.

Yaradıcı kollektiv KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb və dünya kinematoqrafiyasında layihənin reallaşdırılmasının böyük önəmini qeyd edib.

Filmin icraçı prodüseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Film Bakı küçələrində, İçərişəhərdə, Opera və Balet teatrında, Qobustanda, Xınalıq dağlarında – kitabda təsvir olunan yerlərdə çəkiləcək.

Mətbuat konfransında Leyla Əliyeva filmin aktyorlarını və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnun olduğunuqeyd edib: «Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik».

Filmin ssenari müəllifi, «Academy Award» mükafatı laureatı Kristofer Hempton («Təhlükəli əlaqələr», «Bağışlanma»), quruluşçu rejissoru Kris Tikye («Zibillik», «Qızıl geyinmiş qadın». rejissoru «BAFTA»mükafatı sahibi Asif Kapadiadır («Döyüşçü», «Senna»).

Filmdə Əli rolunu Adam Bakri («Ömər»), Nino obrazınıMaria Valverde («Çıxış», «Tanrılar və krallar») canlandıracaq.

Aktyor heyətinə dünyanın məhşur kinoulduzları Mendi Petinkin («Vətən», «Cinayətkar kimi fikirləş», «Şahzadə gəlin») və Konni Nilson («Nimfoman», «Qladiator») da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar.

Heyətə qatılacaq digər aktyorlar bunlardır: Rikkardo Samariko («Gülləsiz atəş», «Qardaşım evin yeganə övladıdır»), Humayon Erşardi («Hədəf nömrə bir», «Küləyin dalınca qaçan»), Fəxrəddin Manafov («Nəfəs almamağa çalış», «Əlvida, cənub şəhəri»), Assad Buab («Vətənpərvərlər», «Lola hər nə istərsə»), Numan Akar («Vətən») və Halit Ərgənç («Min bir gecə», «Möhtəşəm yüz il»).

Filmin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti («Yolda», «Küləyin dalınca qaçan», «Motosikletçinin gündəliyi»), quruluşçu operator Gökhan Tiryaki («Qış yuxusu», «Bir dəfə Anatoliyada»), kostyum dizayneri Mişel Klepton («Taxtların oyunu») və redaktor Aleksandr Berner («Yupiterin qalxışı», «Buludlu atlas», «Hesablaşma») daxil olmaqla dünya səviyyəli bir komanda formalaşıb.

Xəbərdə vurğulanır ki, baş rolların ifaçıları artıq bir neçə aydır Bakıdadırlar və obrazların canlandırılması üçün Azərbaycanın müxtəlif guşələrinə baş çəkiblər, milli mədəniyyəti və dili öyrəniblər.

Mətbuat konfransında Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin və filmə daha da rəngarənglik verəcək neft bumunun maksimum əks olunacağı bildirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG