-
Yazıçı Əzizə Cəfərzadənin 3 hissədən ibarət olan "Bakı 1501" romanı XVI əsrin əvvəllərində Azərbaycanda və İranda baş verən müharibələr, dini çəkişmələr, Səfəvilər dövlətinin yaranması haqdadır.
Sovet dövrünün bestselleri olan bu roman qızılbaşların Şamaxıya və Bakı qalasına hücumundan, Şah İsmayıl Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir.
Bakı Kitab Klubu bildirir ki, roman Sovet dönəmində yazılsa da, müəllif bütün əsər boyu Azərbaycan vətənpərvərliyini və Azərbaycan dilinin əhəmiyyətini cəsarətlə önə çəkib...
Əsər həm tarixi faktlara əsaslanır, həm də yazıçının güclü bədii təxəyyülünün məhsuludur.