Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:23

Ağstafa çobanlarının təhlükəli tapıntısı- [Video]


Ağstafa çobanlarının təhlükəli tapıntısı
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Ağstafa çobanlarının təhlükəli tapıntısı

-

Ağstafa rayonunun Qırlı kəndinə yaxın və tullantılarla dolu boş ərazidəki plastik torba yerli çobanların diqqətini çəkib. Onlar torbanı ehtiyatla açarkən, oradan çıxan qutuda 500 ədəddən çox AK-76 gülləsi tapıblar.

Ağstafa polisi hadisə yerində
Ağstafa polisi hadisə yerində

Tapıntı həm çobanları, həm də Qırlının başqa sakinlərini təlaşlandırıb. Axı həmin ərazilərdə hər gün mal-qara otarılır. Buralarda uşaqlar da tez-tez oynayıb dolaşır. Adət etdikləri kimi, zibilliyə od vursaydılar və güllələr partlasaydı, faciə qaçılmaz olacaqdı...

Daha sonra hadisə yerinə Ağstafa polisinin əməkdaşları gəlib. Sözügedən ərazidə axtarış aparan polislər çobanların yardımı ilə güllələrin atıldığı yeri diqqətlə nəzərdən keçiriblər. Tapılan güllələr rayon polis şöbəsinə aparılıb. Döyüşə yararlılıq dərəcəsini və hər hansı cinayətdə istifadə olunub-olunmamasını müəyyənləşdirmək üçün güllələr ekspertizaya göndəriləcək.

XS
SM
MD
LG