Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:25

Mübariz Qurbanlı: Xaricə vuruşmağa gedənlər azalıb


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

-

«Artıq Azərbaycandan müxtəlif şəxslərin təsiri altına düşərək xarici ölkələrdəki silahlı münaqişəyə gedən adamlar son dövrdə, demək olar, yox dərəcəsindədir. Belə faktlar artıq yoxdur. Ora gedib, qayıdanlar da qanun qarşısında cavab verməli olurlar və cavab verəcəklər».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Trend-ə belə deyib. O, fikrini bu cür davam etdirib:

«Biz ölkəmizi kimlər üçünsə təcrübə meydanına çevirməyə imkan verməməliyik. Azərbaycan cəmiyyəti hansısa radikal dini təsir atlına düşən cəmiyyət deyil. Biz oturuşmuş müsəlman ölkəsiyik. Burada nə xristian missionerliyi, nə də özünü İslama aid edən radikal qruplar meydan aça biləcək».

Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda kimlərisə tovlayaraq Suriyaya və ya başqa ölkələrə silahlı birləşmələrə, hərbi münaqişələrə, döyüşlərə cəlb etmək istəyənlər qanun qarşısında cavab verməli olurlar:

«Onlar haqqında həbs-qətimkan tədbiri seçilir. Bu cür qurumlar və şəxslər varsa, aşkar edilir. Bununla milli təhlükəsizlik, daxili işlər və prokurorluq orqanları ciddi məşğuldur. Bu cür faktlar olduqda müvafiq ciddi tədbirlər görülür».

AXUND VƏ İMAMLARA XƏBƏRDARLIQ: İMKAN VERMƏYƏCƏYİK!

Azərbaycandakı məscidlərdən danışarkən Komitə sədri deyib ki, məscidlərin böyük əksəriyyəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birbaşa dini rəhbərliyi ilə idarə olunur, axundlar və imamlar təyin edilir. Komitə isə orada qanunlara əməl olunmasına nəzarət edir.

Komitə sədri bildirib ki, hansısa məsciddə axund və ya imam xütbə zamanı dini ədavəti qızışdıran çağırışlar edirsə, və ya yaxud gəncləri, orada iştirak edən insanları başqa çağırışlarla yolundan çıxarmağa çalışırsa, bu haqda müvafiq dini idarə ilə əlaqə saxlanılır:

«Belə bir imam və ya axund aşkar edilirsə, onun çalışmasına imkan verilmir və verilməyəcək də! Biz hər hansı xırda dini təriqəti, cərəyanı təşviq edərək Azərbaycanda dini qarşıdurma yaratmaq istəyən hər kəsin qarşısındayıq və qarşısını alacağıq! Hüquq-mühafizə orqanları, vətəndaşlarımız alacaq! Komitə və Qafqaz Müsəlmanları İdarəsi bununla məşğuldur. Biz radikalizmin Azərbaycanda kök atmasına, intişar tapıb genişlənməsinə heç cür imkan verə bilmərik və verməməliyik! Bütün cəmiyyət buna qarşıdır».

XS
SM
MD
LG