Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

Rüstəm İbrahimbəyov hakimiyyətlə dialoqdan yazır


Rüstəm İbrahimbəyov. 2011-ci il, arxiv fotosu
Rüstəm İbrahimbəyov. 2011-ci il, arxiv fotosu

Milli Şuranın sədri Cəmil Həsənlini yenidən bu vəzifəyə seçilməsi ilə bağlı ona yazdığı məktubda kinodramaturq belə dialoqun zəruri, lakin real olmadığını deyir

"...Dünyanın bir çox ölkələrindən israrla (siyasi) məhbusların azad edilməsinə çağırışlar səslənir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bunu ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edir" - Bunu hazırda Moskvada yaşayan kinodramaturq Rüstəm İbrahimbəyov Milli Şuraya göndərdiyi məktubda yazır.

Turan agentliyinin yaydığı məktubda Rüstəm İbrahimbəyov hakimiyyətlə müxalifətin dialoqunun zəruriliyindən yazır. Onun fikrincə, vaxtilə belə bir təşəbbüsə can atan Ziyalılar Forumuna hakimiyyət onun qurucularına divan tutmaqla cavab verdi.

R.İbrahimbəyov hesab edir ki, mürəkkəb geosiyasi vəziyyət və iqtisadi böhran təhlükəsi qarşısında cəmiyyətin bütün dairələrini birləşdirən vətəndaş razılığı əldə etmək lazımdır. Belə bir razılıq, onun fikrincə, ölkənin bütün mənəvi, siyasi və maddi resurslarının səfərbər edilməsinə yol açar.

Rüstəm İbrahimbəyov bu fikirdədir ki, ictimai dialoqunun baş tutması üçün hakimiyyət ilk növbədə siyasi məhbusları azad edərək səmimi niyyət göstərməlidir. Lakin kinodramaturq belə bir dialoqla bağlı nikbin deyil:

"Təəssüf ki, mövcud reallıq hadisələrin belə dönüşünə inanmaq üçün çox az əsas verir. Amma çox kiçik ehtimal olsa belə, ölkə ziyalıları (sosial cəhətdən passiv hissəsini nəzərdə tuturam) vətəndaş mövqeyini, heç olmasa öz övladları və nəvələri üçün fəallaşdırmalıdır".

Xatırladırıq ki, Rüstəm İbrahimbəyovun 2013-cü il prezident seçkilərində İlham Əliyevin əsas rəqibi olması gözlənilirdi. Birləşmiş Azərbaycan müxalifəti onu vahid namizəd kimi irəli sürülmüşdu. Lakin İbrahimbəyovun Rusiya vətəndaşlığını səbəb gətirən MSK onun namizədliyini qeydə almaqdan imtina etdi. Həmin vaxtdan İbrahimbəyov Azərbaycandan kənarda yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG