Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

AŞPA-da Azərbaycan nümyəndələri Rusiyanı dəstəklədi


«Azərbaycan bizi təəssüfləndirdi» - Vladimir Ariyev
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

"Aərbaycan bizi təəssüfləndirdi" Vladimir Ariyev

Ukrayna nümayəndə heyətinin rəhbəri Qarabağ problemi ilə üzləşən Azərbaycanın belə mövqeyindən təəccübləndiyini bildirdi

-

AŞPA Strassburqda toplaşan qış sessiyasının bəlkə də ən vacib məsələsi bu idi - Rusiyanın AŞPA-da nümayəndələyinə münasibət.

Ukraynadakı vəziyyətə görə, Rusiyaya qarşı AŞPA-nın sanksiyalarını nəzərdə tutan qətnamənin müzakirəsindən əvvəl kuluralarda danışıqlar aparılır, Ukrayna və Rusiya deputatları müxtəlif ölkə nümayəndələrini öz tərəfinə çəkməyə çalışırdılar. Rusiya nümayəndələrinin parlmentdə səsvermədən və təşkilatın rəhbər qurumlarında təmsilçilik hüquqlarından məhrum olunmaqlarının qarşısını almaq, Ukrayna isə belə sanksiyaları nəzərdə tutuan qətnamənin qəbul olunmasına çalışırdı.

Rusiyaya tərfkeşlik edən ölkələr arasında Azərbaycan və Türkiyə də var idi.

AzadliqRadiosu ilə söhbətində AŞPA-da Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Ariev Azərbaycanlı deputatların mövqeyindən təəssüfləndiyini bildirdi. Onun fikrincə, Qarabağda separatçılıqla üzləşən bir ölkə nümayəndələrinin Rusiyaya dəstək verməsi onu həm də təəccübləndirib.

- Ola bilər ilk dəfədir ki, Azərbaycan nümayəndə heyəti, erməni nümayəndələri ilə sinxron səs verəcək. - Ariev AzadliqRadiosuna deyib.

Yanvarın 28-də axşam səsvermə zamanı məlum oldu ki, Ariyev yanılırmış. Ermənistan nümayəndələri əsasən bitərəf qalıb və ya ümumiyyətlə səsvermədə iştirak etməyib.

Azərbaycan heyətinə məxsus bütün səslər isə Rusiyaya qarşı qərarın əleyhinə verilib.

Səsvermənin nəticələri ilə burada tanış ol

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG