Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:16

ATƏT Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırırlar


ATƏT-in sədri Ivica Dacic
ATƏT-in sədri Ivica Dacic

.

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri Ivica Dacic Azərbaycan və erməni silahlı qüvvələri arasında son atışmalardan narahatlıq bildirib.

ATƏT-in rəsmi saytında yayılan məlumatda Dacic tərəfləri 1994-cü ildə imzalanmış atəşkəsə əməl etməyə və hərbi qarşıdurmanı dayandırmağa çağırıb:

“İnsan ölümlərinə səbəb olan silahlı toqquşmalardan kədərlənir, tərəfləri məsuliyyət nümayiş etdirməyə və gərginliyi daha da artıracaq addımlardan qaçmağa çağırıram”.

İvica Dacic qeyd edib ki, münaqişənin həlli üçün təkcə prezidentlər səviyyəsində yox, digər səviyyələrdə də birbaşa təmaslar qurmaq lazımdır.

O həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəsi möhkəmləndirmək və danışıqlar üçün bərabər baza yaratmaq səylərini dəstəklədiyini bildirib.

O tərəfləri tərəfləri ATƏT-in vasitəçilik çərçivəsində yekun və dinc həll üçün qəti addımlar atmağa çağırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsdərləri yanvarın 27-da Krakovda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüblər.

Görüşdə həmsədrlər Igor Popov, James Warlick və Pierre Andrieu ilə yanaşı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Həmsədrlər son vaxtlar Azərbaycan-Ermənistan sərhəddi və qoşunların Dağlıq Qarabağdakı təmas xəttində atəşkəsin pozulması və itkilərdən dərin narahatlıq bildiriblər.

Həmsədrlər bildirib ki, münaqişənin həllində irəliləyişə nail olmaq və inamı bərpa etmək üçün ötən ay başlanan zorakılıqlar dayandırılmalıdır:

“Biz Azərbaycanı münaqişənin dinc yolla həllində üzərinə götürdüyü öhtəliklərə əməl etməyə çağırdıq.

Biz həmçinin Ermənistanı gərginliyi azaltmaq üçün bütün mümkün imkanlara əl atmağa çağırırıq.

Tərəflər atəşkəsin bütün şərtlərinə əməl etməlidir. Zorakılıq sülh cəhdlərini pozur”.

Həmsədlərin sözlərinə görə onlar, Elmar Məmmədyarovla davamlı sülhə nail olmaq üçün hərtərəfli danışıqlar da daxil olmaqla sülh prosesi çərçivəsində mümküngələcək addımları müzakirə ediblər.

Həmsədlər yaxın vaxtlarda Ermənistanın xarici işlər naziri Edward Nalbandianla görüşmək və regiona getmək fikrindədirlər.

Erməni qoşunları 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ və ətrafında 7 rayonu işğal ediblər. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalanıb, sülh danışıqlarına başlanıb. Amma hələlik danışıqlarda münaqişənin birdəfəlik həllinə dail olmaq mümkün olmayıb. Tərəflər bir-birini tez-tez atəşkəsi pozmaqda ittiham edirlər.

Bu yaxınlarda Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb ki, qoşunların təmas xəttində atəşkəsin mütəmadi pozulması nəticəsində yanvar ayında Azərbaycan 3, erməni tərəfi isə 20-ə yaxın əsgərini itirib.

XS
SM
MD
LG