Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:13

Mariupola Qrad zərbələri - azı 27 nəfər həlak olub, 97 nəfər yaralanıb


Mariupol Qrad zərbələrindən az sonra - azı 27 nəfər həlak olub, 97 nəfər yaralanıb
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Mariupol Qrad zərbələrindən az sonra - azı 27 nəfər həlak olub, 97 nəfər yaralanıb

.

Ukraynanın Daxili İşlər Nazirliyinin məlumatına görə yanvarın 24-də ölkənin şərqində hökumət qüvvələrinin nəzarətində olan liman şəhəri Mariupol Rusiya yönümlü silahlı separatçıların raket hücumlarına məruz qalıb.

Nazirlik Qrad qurğularından atılan raketlərdən şəhərdə azı 27 dinc sakinin həlak olduğunu, 97 nəfərin yaralandığını bildirir. Şəhərin meri raketlərdən birinin şəhərdə gur bazara düşdüyünü, həmçinin şəhərin cənub-şərqində yaşayış evləri, yolların dağıldığını bildirir.

Bu hücumla bağlı hələlik separatçılar tərəfdən hər hansı açıqlama yoxdur. Amma bu gün səhər onlar bəyan ediblər ki, Donetsk ətrafında kəndləri tutublar və hökumət qüvvələri geri çəkilir. Şənbə günü Ukraynanın şərqində bir neçə yerdə ağır atışma olub. Bir gün öncə separatçı lideri Aleksandr Zakharchenko elan edib ki, yaraqlılar Donetsk regionunu bütünlükdə ələ keçirməyi hədəfləyir.

Zakharchenko-nun sözlərinə görə, separatçılar "atəşkəs barədə danışıqlara cəhd göstərməyəcək".

Doqquz aydır davam edən münaqişədə 5 mindən çox adam ölüb.

Yanvarın 24-də Mariupola raket zərbələrindən az sonra çəkilmiş fotoları təqdim edirik.

XS
SM
MD
LG