Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:06

“Allah niyə bunların baş verməsinə yol verir?”


Roma papası Francis Rizal Parkda 3 milyon insanın qatıldığı kütləvi ibadətdə iştirak edib.
Roma papası Francis Rizal Parkda 3 milyon insanın qatıldığı kütləvi ibadətdə iştirak edib.

Roma papası Francis Maniladakı universitetlərdən birində 12 yaşlı qızın ona verdiyi belə bir sualdan sarsılıb.

Roma papası Francis Maniladakı universitetlərdən birində 12 yaşlı qızın ona verdiyi belə bir sualdan sarsılıb.

Yoxsulların və əzilənlərin himayədarı kimi ad çıxarmış Papa ailəsi tərəfindən atılmış qızın bu sualından sonra onu qucaqlayıb və dizi üstündə oturdub.

Glyzelle Palomar müqəddəs ataya bu sualı verərkən hönkürürdü: “Bir çox uşaqlar narkotiklər və fahişəliklə məşğul olurlar. Niyə Allah bunların başımıza gəlməsinə yol verir? Axı uşaqların heç nədə günahı yoxdur”.

Roma papası sualdan özünü o qədər itirib ki, əvvəlcədən hazırlanmış çıxışının ingiliscə mətnini bir kənara qoyaraq, uşağa özünün doğma ispan dilində cavab verib.

Cavabsız sual

“O cavabı olmayan sual verənlərdən yalnız biridir, - deyib Francis ata, - əslində o bu sualı sözləri ilə yox, göz yaşları ilə ifadə edib”.

Öz çıxışında insanları imkansızlara rəğbətli olmağa çağıran Francis sözünə davam edib: “Mən sizi özünüzə suallar verməyə dəvət edirəm. “Mən ac bir uşaq görəndə, küçələrdə narkotik maddə qəbul edən, evsiz, atılmış, namusuna toxunulmuş, cəmiyyətin qul kimi işlətdiyi bir bir uşaq görəndə hönkürməyi, ağlamağı öyrənə bilmişəmmi?”

Mətbuat yazır ki, sözü gedən qız uşağı ailəsi tərəfindən atıldıqdan sonra onu bir kilsənin icması himayəyə götürüb.

Uşaq Papaya sualını müqəddəs atanın baş çəkdiyi Filippin Katolik Universitetindəki görüşdə verib.

Bundan sonra Roma papası Francis Rizal Parkda 3 milyon insanın qatıldığı kütləvi ibadətdə iştirak edib.

Adamların burada parkın qapılarının açılması üçün bütün gecəni gözlədikləri xəbər verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG