Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:03

Üzeyir Məmmədli qalan NİDA-çıların da azadlığa buraxılmasına çalışacaqlarını deyir


Üzeyir Məmmədli azadlığa çıxıb
Üzeyir Məmmədli azadlığa çıxıb

.

Dekabrın 30-da həbsdə olan 2 NİDA-çı fəal prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Onlardan biri Üzeyir Məmmədlidir. AzadlıqRadiosu Üzeyir Məmmədli ilə qısa müsahibəni təqdim edir:

- Həmişə azadlıqda Üzeyir bəy! Bu əfvlə azadlığa buraxılmanızı gözləyirdizmi?

- Təşəkkür edirəm.
Bilirdim ki, NİDA-çılardan kimlərsə buraxılacaq. Bunlardan birinin də konkret mən olacağını bilmirdim. Hamını bir yerdə buraxacaqları inandırıcı deyildi. Statistika da göstərir ki, əfv sərəncamlarına siyasi məhbusların az hissəsini salırlar. Yəni, hamını bir yerdə buraxmırlar. Bundan öncə 2 nəfəri buraxmışdılar, 6 nəfər qalmışdıq. İndi daha iki nəfəri buraxdılar. Ümid edirəm ki, yaxın zamanlarda digərlərini də buraxarlar.

- Sizdən öncə əfv olunan digər keçmiş NİDA-çılar Bəxtiyar Quliyev və Elsevər Mürsəlli azadlığa çıxandan sonar keçmiş prezident Heydər Əliyevin qəbrini ziyarət etmişdilər. O vaxt belə fikirlər səslənirdi ki, onlar psixoloji təzyiq altında bu addımı atıblar. Bəs, sizə ziyarətlə bağlı təklif olundumu?

- Xeyr, belə bir təklif edilmədi.

- Bundan sonrakı fəaliyyətiniz necə olacaq?

- İndi tutulduğumuz vaxtlardakı vəziyyət deyil. Ona görə də birlikdə məsləhətləşəcəyik. Digər dostlarımızın çıxmasını gözləyəcəyik. Əsas məsələ onların azadlığa çıxmasıdır. Bundan sonar oturub gələcək addımlarımızla bağlı birlikdə qərar verəcəyik.

XS
SM
MD
LG