Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:57

"İlin fotoqrafı 2014" bəlli oldu


AFB sədri Mirnaib Həsənoğlu "İlin fotoqrafı" mükafatını Dilavər Nəcəfova təqdim edir. 2014-cü il, 20 dekabr
AFB sədri Mirnaib Həsənoğlu "İlin fotoqrafı" mükafatını Dilavər Nəcəfova təqdim edir. 2014-cü il, 20 dekabr

-
Dekabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin (AFB) "İlin fotoqrafı -2014" mükafatlandırma mərasimi keçirilib. Tədbirdə bir neçə nominasiyalar üzrə mükafatlar təqdim olunub.

2014-cü ildə Fotoqrafiya sənətində qazandıqları uğurlara görə:

İlin fotoqrafı - Dilavər Nəcəfova, İlin press fotoqrafı - Rəsul Rəhimova təqdim olunub. Əlizamin Cəfərov qızıl, Gülnar Səlimova gümüş və Araz Talıbov isə bürünc Arqus mükafatına layiq görülüb.

Hüseyn Hüseynzadə adına Ümid mükafatı Məhəmməd İsmayılova verilib.

Azərbaycan Fotoqrafları Birliyi bir neçə KİV əməkdaşlarını da mükafatlarla təltif edib.

AFB 2014-cü ildə Avropa Birliyinin “Mədəniyyət Fondunun”maliyyələşdirdiyi “Say Chesse” lahiyəsi ,“Ölkəm Şərq Əməkdaşlığında” fotomüsabiqəsi, “Photo-school.eu”onlayn məktəbi layihəsini həyata keçirib.

150 illik tarixi olan Azərbaycan fotoqrafiyası bağlı bir-neçə peşəkar birlik, dərnək və ittifaqlar yaradılıb. Bunlardan, 1894-cü ildə Bakı Fotoqraflar dərnəyi, 1923-ci ildə Kino-Foto İşçiləri İttifaqı fəaliyyət göstərib.

Azərbaycan Fotoqraflar Birliyi 1998-ci ildə təsis olunub. AFB-nin Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində və Ağdam rayonunda büroları fəaliyyət göstərir.

"İlin fotoqrafı" mükafatı 2000-ci ildən təqdim olunur.

XS
SM
MD
LG