Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:53

Daha bir AXCP-çi həbs olundu


Mirağa Abbasov
Mirağa Abbasov

-

Gözlə

No media source currently available

0:00 0:02:33 0:00
Direct-ə keçid

Sabirabadda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mirağa Abbasov həbs olunub.

Mirağa Abbasov dünən – dekabrın 18-də evindən polis bölməsinə aparılıb. Partiyanın Sabirabad rayon təşkilatının sədri Sahib Rüstəmlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, polis əməkdaşları gənci bölməyə zor tətbiq etməklə gətiriblər:

«Axşam iki polis maşını evlərinə gəlib, onu aparmaq istəyəndə etiraz edib, deyib ki, atam və ya əmim gəlsin, xəbər edim, sonra gedim. Amma polis razılaşmayıb, daha 3 polis maşını gəlib. Yıxılıb yerə palçığın içinə, sürüyə-sürüyə aparıblar onu. Polisdə üst-başını yaman gündə görüblər, evdən paltar və kompüterini gətirtməyi istəyiblər».

HƏRBİ XİDMƏTDƏN YAYINIB, POLİSƏ MÜQAVİMƏT GÖSTƏRİB

Sabirabad rayon Polis Şöbəsinin məlumatına görə isə, əksinə, müqaviməti göstərən Mirağa Abbasovun özü olub və məhz polisə müqavimət göstərdiyinə görə 25 sutka həbs cəzası alıb. Polis şöbəsindən apa-ya verilən məlumata görə, Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olub. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad rayon Məhkəməsinə göndərilib.

Ailə üzvləri baş verənlər barədə mətbuata danışmaq istəmədiyini deyirlər. Partiya üzvləri, o cümlədən Sahib Rüstəmli isə gəncin məhz siyasi baxışlarına görə cəzalandırıldığını iddia edirlər. Bildirilir ki, Mirağa Abbasov hərbi xidmətə səhhəti ilə bağlı getməyib. Onun gözləri 60 faiz görmür və bununla bağlı lazımi sənədləri də var. Sahib Rüstəmli deyir ki, Mirağa Abbasov son dövrlər müxalifətin keçirdiyi mitinqlərdə fəallıq göstərib, sosial şəbəkələrdə hakimiyyəti tənqid edən fikirlər yayıb:

«ONA XƏBƏRDARLIQ OLUNMUŞDU»

«Bundan əvvəl 1-2 dəfə də ona təzyiqlər olmuşdu. İcradan, bələdiyyədən nümayəndələr ona, atasına bir neçə dəfə xəbərdarlıq etmişdilər. Bir dəfə də post-patrul əməkdaşları onu Kürün qırağından götürüblər, başına torba keçirib şöbəyə gətirmişdilər. Xəbərdarlıq etmişdilər ki, fəaliyyətini dayandırmasan daha ağır cəza olacaq. Yəqin, bu da onun cavabıdır».

Hələ ki polisin bu iddialara münasibətini almaq mümkün olmayıb. Mirağa Abbasovdan öncə son bir neçə ay ərzində partiyanın beş üzvü - Murad Ədilov, Seymur Həzi, Hicran Qasımov, Sənan Daşdəmirov və Asif Yusifli müxtəlif ittihamlarla həbs olunub. Partiya həbslərin siyasi olduğunu iddia etsə də, hakimiyyət bu deyilənləri əsassız sayır, həbslərin konkret cinayət əməllərinə görə baş verdiyini deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG