Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:12

Vaqif Mustafazadə 40-cı ildönümündə anılıb


Vaqif Mustafazadəyə həsr olunmuş konsert. London. 2014-cü il
Vaqif Mustafazadəyə həsr olunmuş konsert. London. 2014-cü il

-

Dekabr 16-da, London “Central Hall Westminster”Vaqif Mustafazadəyə həsr olunmuş xatirə gecəsi keçirilib.

Buta Azərbaycan İncəsənəti Festivalı çərçivəsində təqdim olunan konsertdə gürcü caz ifaçısı və bəstəkarı Nino Katamadze, 60 və 70-ci illərdə Vaqiflə birgə çıxış etmiş basist Tamaz Kuraşvili, tanınmış rus saksofon ifaçısı və caz-orkestr rəhbəri İqor Butman və Vaqifin qızı, atasının yolu ilə gedərək dünya səviyyəli pianoçu kimi tanınmış Əzizə Mustafazadə çıxış edib. İfalar Kral Filarmonik Orkestri tərəfindən müşayiət olunub.

​Vaqif Mustafazadə Azərbaycan ənənəvi musiqisi - muğamın müasir cazla uğurlu ahəngini yaradıb.

Londonda bu konsert bəstəkarın vəfatının 40-cı ildönümündə həyat və yaradıcılığının qeyd edilməsi münasibətilətəşkil olunub.

Buta İncəsənət Mərkəzinin Direktoru Nəsib Piriyev konsert haqqında bu fikirləri paylaşıb:

"Vaqif Mustafazadənin musiqisini və onun bütöv bir musiqiçi nəslinə göstərdiyi təsiri qeyd edərkən Vaqifin qızı Əzizənin bu xatirə konsertində çıxış etməsi bizim üçün xüsusi bir şərəfdir."

XS
SM
MD
LG