Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Şah və mat, Putin!-Mətbuat icmalı


Taliban Pakistanda uşaqların hərbi məktəbinə niyə belə hücum etdi? Taliban sözçüsü deyir ki, qoy, onlar da biz çəkən ağırını hiss etsinlər.

Putin şahmat dili ilə deyilsə, iqtisadiyyatda mat vəziyyətindədir.

Putinin cəmiyyətlə social müqaviləsi başa çatdı: “mən sizə rifah verirəm,əvəzində siyasi azadlıq istəməyin”.

İD Suriyadan 1000-dən çox qədim tarixi əşyanı qarət edib, xaricə satıb. Alan Qərbin kolleksiya toplayanlarıdır.

Dünya mediası bu gün nədən yazır?

New York Times qəzeti yazır ki, Talibanın Pakistanda hərbi məktəbdə azı 145 şagirdi və müəlimi öldürməsi təkcə Talibanın indiyədək ən qəddar hücumu deyil. Bu hücum dövləti düşünməyə vadar etməlidir. Talibanla mübarizəyə yanaşma dəyişməsə, Pakistan bir dövlət kimi qalmaya bilər.

Qırğının baş verdiyi Pişəvər regionunda yerli vəziyyətıə nəzarət edən müxalifət partiyasının lideri İmran Khan baş nazir Navaz Sharifin hakimiyyətdən getməsinə çalışır. Onun tələblərindən biri budur ki, hökumət Talibanla vuruşmalı deyil,danışıqlara getməlidir. Qəzet yazır ki, müxalifət lideri bu qlırğından sonra bu tələbindən əl çəkməlidir.

Talibanın sözçüsü Khorasani isə uşaqlara Talibanın niyə belə hücum etməsini onunla izah edib ki, “biz onların da ağrının nə olduğunu başa düşməsini istəyirik”.

“MAT, PUTİN”

Washington Post qəzetinin məqaləsinin adı şahmat terminologiyası ilə bağlıdır:“Mat! Putin.” Qəzetin fikrincə,Rusiya iqtisadiyyatının problemi odur ki, zəif iqtisadiyyat bank faizlərinin aşağı olmasını tələb edir, Rusiya şirkətlərinin marağında olan isə bank faizinin yuxarı olmasıdır ki, bu, rublu qaldırsın.

Bu sonuncu onunla bağlıdır ki, Rusiya şirkətlərinin xaricə dollarla çoxlu borcu var, onlar rublun dəyərininyuxarı olmasını istəyirlər ki, dollarla kreditləri qaytarmağa rublla xərcləri az çıxsın.

Bir sözlə, Rusiya iqtisadiyyatının indiki vəziyyətdən çıxması üçün atılan istənilən addım kiməsə böyük ziyandır.

Qəzet yazır ki, Mərkəzi Bank rublu saxlamaq üçün bank faizini nə qədər istəyir, qaldıra bilər. Rubl düşməkdə, Rusiyaiqtisadiyyatı dağılmaqda davam edəcək.

Qəzet yazır ki, bu vəziyyətin şahmat dili ilə deyilsə, bir adı var: mat!.

Qəzet onu yazır ki, Apple kimi şirkət rublun belə düşməyi ilə bağlı Rusiyada online satışını dayandırıb. Qəzetin fikrincə, bu, vəziyyətin göstəricisidir.

SOSİAL MÜQAVİLƏ SONA ÇATDI

Financial Times qəzeti yazır ki, rublun düşməyinin qarşısını ala bilməməyi Putin haqda nə deyir?

Qəzet yazır ki, Putinin 15 illik hakimiyyət erasında Putincəmiyyətlə bir növ sosial müqavilə bağlamışdı: “mən sizin maddi rifahınızı qaldırcağam, əvəzində siz siyasi azadlıqlar istəməyin.”

Putin özündən əvvəlki tsarların və kommunist liderlərin dediyini deyirdi: qayda-qanun azadlıqdan üstündür - xalq belə istəyir.

İndi rubl belə düşməklə Putinin 15 il əvvəlki sosial müqaviləsini dağıdır. Əhali sürətlə kasıblayır. Qəzetin fikrincə, indi yeni sosial müqaviləyə ehtiyac var. Adamlar instinktiv olaraq hiss edirlər ki, yeni lider lazımdır.

YENİ ABŞ SANKSİYALARI GƏLİR

Ağ Ev bildirir ki, Obama Rusiyaya qarşı yeni sanksiyaları bu həftənin sonunda imzalaycaq. Washington Post qəzeti yazır ki,yeni sanksiyalar Rusiyaya qarşı cəzaları genişləndirir.

Bu təşəbbüs Konqresdən gəlir.Obama həmişə deyir ki, , yeni sanksiyaları Avropa tərəfdaşları ilə məsləhətləşmədən sonra vermək olar. Ancaq Ağ Ev bildirir ki, Obamanın bəzi narahatlıqları olsa da o, yeni sanskiyaları təsdiqləyəcək.

Rusiyanın xarici işlər naziri Lavrovdan France 24 televiziyası yeni sanskiyalar barədə soruşanda o bundan narhatlıq bildirməyib. Əksinə deyib ki,“Konqres adamların xüsusi qrupudur. Bu adamların 80 faizi ömründə ABŞ-dan qırağa çıxmayıb. Onlar öz dünyalarında yaşayır. Mən onların Rusifobiyasına mat qalmıram”.

ABŞ Dövlət katii John Kerry isə Londonda deyib ki, Putinin atdığı addımlardan asılı olaraq sanskiyalar bir neçə günə və həftəyə götürülə bilər.

“QARA ÇƏRŞƏNBƏ AXŞAMI”

Financial Times qəzeti dekabrın 16-sını Rusiyada “qara çərşənbə axşamı” adlandırır. Qəzet hesab edir ki, Rusiya Mərkəzi Bankının bank faizini qaldırmağı vəziyyəti düzəltməyəcək. Neftin qiyməti qalxmasa rublun vəziyyəti düzəlməyəcək. Neftin qiymətinin qalxmağının isə əlaməti görünmür.

Bank faizini qaldırmaq rublu xilas etmir. Ancaq inflyasiya yaradır. Rusiyada noyabr ayında inlflyasiya 9,1 faiz olub.

Bank faizinin qalxması iqtisadi artıma da ziyandır. Gələn il hökumət 4,5 faiz iqtisadi gerimələmə gözləyir.

Rusiya Mərkəzi bankı ilin əvvəlindən rublun məzənnəsini saxlamağa təxminən 99 milyard dollar xərcləyib. İndi Mərkəzi bankın təxminən 400 milyard dolları var. Ancaq Mərkəzi Bankın dollar xərcləməyi hələ heç bir nəticə verməyib. Yəni, bazar üsulları ilə Mərkəzi bank vəziyyəti düzəldə bilmir. Ona görə bəzi ekspertlər inzibati üsullar, kapitala nəzarət tətbiq etməyi təklif edirlər.

İD QARƏTÇİLİKLƏ MƏŞĞULDUR

Times qəzeti yazır ki, İslam Dövləti Suriyada tutduğu yerlərin tarixi irsini soyur. Qədim əşyalıar xaricə satılır. İndiyə kimi İD yaraqlıları Suriyada qarət etdikləri 1000-dən çox tarixi əşyanı Qərbin kolleksiya toplayanlarına satıblar.

Onlar bundan milyonlarla dollar qazanıb.

Bunu qəzetə bu ticarətin qarşısını almaqla məşğul olan yüksək rütbəli polis rəisideyib.

Europolun keçmiş rəsi müavini, indi isə Belçika Polis Şurasının sədri olan Bruggeman deyir ki, qarət olunan tarixi əşyaların bəziləri qanunsuz olaraq Britaniyaya satılıb, ancaq onların Britaniyada izini tapmaq mümkün olmayıb. O deyir ki, İD birbaşa alıcı ilə əlaqə qurmaqda öz vasitəçi şəbəkəsindən istifadə edir və alıcıya birbaşa çıxır. Onlar bu işi elə effektiv qurublar ki, Suriya kilsələrindən, qədim şəhərlərindən qarət olunan əşyaların indiyə kimi cəmi 1 faizinin izinə düşmək mümkün olub.

Suriyalı professor Amr al-Azm isə deyir ki, İD Suriyada Apamea, Dura-Europos kimi qədim yunan şəhərlərini qarət edərkən hətta xüsusi şirkətlər tutur, həmin şirkətlər buldozerlə gəlib qədim abidələri sökürlər. İD əntiq əşyalarla özəl qaydada qaçaqmalçılıq edənlərə isə 12,5 faiz vergi qiyub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG