Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:38

"Marixuananı polis idarəsində üstümə qoydular"


Arxiv fotosu
Arxiv fotosu

-

31 yaşlı İsmayıl Kazımov Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 il müddətinə azadlıqdan məhrum edilib. O, qanunsiz narkotik əldə edib saxlamaqda təqsirləndirilib.

Onu bu il fevralın 8-də “Nizami” metrosunun çıxışında Yasamal Rayon Polis İdarəsinin işçiləri saxlayaraq idarəyə aparıblar. Barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanaraq həbs tədbiri seçilib.

"ŞƏR-BÖHTANA DÜŞMÜŞƏM"

İsmayıl Kazımov məhkəmədə ittihamları rədd edib, şər-böhtana düşdüyünü deyib. Hətta vəkildən də imtina edib.

Onu tutmuş polislər isə ifadələrində bildiriblər ki, fevralın 7-də onlara məlumat daxil olub. Əməliyyat qrupu yaradaraq İsmayıl Kazımovu gözaltına alıblar. Fevralın 8-də metronun qarşsıında saxlayıb polis idarəsinə gətiriblər. Üzərinə baxış keçiriləndə 450 qram marixuana aşkar ediblər.

İsmayıl Kazımov əvvəllər də eyni maddə ilə bir dəfə məhkum edilib. Deyir, indi də “polislərin dişinin dibində şirə qalıb”. Azadlığa çıxandan az sonra üstünə narkotik ataraq onu yenidən həbsə salıblar.

"EKSPERTİZA RƏYİ SAXTADIR"

Təqsirləndirilən şəxs:

“Mənim o narkotikdən xəbərim olmayıb. Polis idarəsində polislər üstümə qoyub. Tibbi ekspertizanın verdiyi rəy də saxtadır”.

O, məhkəmədə təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırsa da təmin olunmayıb.

Məhkəmə hökmü ilə razılaşmayan İsmayıl Kazımov apellyasiya şikayəti verəcəyini bildirib.

XS
SM
MD
LG