Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Ermənistanda müxalifətçilərin maşınları yandırıldı


Yandırılmış maşın, arxiv
Yandırılmış maşın, arxiv

-

Akopian deyib ki, Ermənistan “xan rejiminin total nəzarəti altındadır və bunun təşkilatçısı kriminal elementlərlə çulğaşmış rejimdir”.

Son günlər Yerevanda müxalifətçilərə və ictimai fəallara məxsus 6 avtomobil yandırılıb.

7-ci cəhdsə baş tutmayıb.

AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, biri istisna olmaqla maşınların hamısı “Predparlament” hərəkatının üzvlərinə məxsusdu.

Onlar etiraz əlaməti olaraq polis idarəsinin binası qarşısına toplaşıblar.

Maşını yandırılan Vartan Akopian deyir ki, bu, cinayətkar qrupun əməlidir, qrup bütün hallarda hadisə yerində eyni iz qoyub:

“Əksər hallarda arxa təkərə maye töküb yandırıblar. Yalnız Karo Engikyanın maşınına qabaq təkərdən od vurmağa çalışıblar.

Özü də maşınlardan biri Milli Təhlükəsizlik Nazirliyinin binası qarşısında dayanıbmış. Digər bir maşın isə polisin mərkəzi idarəsi qarşısında tamamilə yanıb. Qalan maşınlar həyətlərdə yandırılıb”.

Yandırılan avtomobillərin 6-nın şüşəsinə “Predparlament”in emblemi və “Rejimsiz yüzillik” şüarı yazılıbmış.

Həmin maşınlar 1 həftə qabaq Yerevanda keçirilmiş

“Rejimsiz yüzillik" avtoyürüşü

adlı aksiyaya qatılıbmış. 7-ci maşın isə nəqliyyatda gediş haqqının bahalaşmasına etiraz etmiş Karen Arutyunyana məxsus idi. İlk dəfə deyil ki, onun maşınına xətər toxundurmağa cəh edirlər. Ötən il naməlum şəxslər onun həyətdə saxladığı maşının qabaq şüşəsini sındırmışdılar.

Ermənistanda nəqliyyatda gediş haqqının artırılmasına etirazlar, 20 iyul, 2013
Ermənistanda nəqliyyatda gediş haqqının artırılmasına etirazlar, 20 iyul, 2013

Akopian deyib ki, arxa təkər ona görə yandırılıb ki, benzin çəni, yaxud qaz balonu partlayıb alovlansın və maşın tamamilə yansın.

Bütün insidentlər səhər saat 4-5 arası baş verib.

Akopian deyib ki, Ermənistan “xan rejiminin total nəzarəti altındadır”. Onun sözlərinə görə, bu hadisələri hansısa fərdi şəxslərin törətdiyini istisna edirlər: “Bunun təşkilatçısı kriminal elementlərlə çulğaşmış rejimdir”.

Müxalifətçilər iddia edirlər ki, polisin, xüsusi xidmət orqanlarının xəbəri olmadan kimsə belə cinayətləri törədə bilməzdi, çünki yalnız onlar maşın sahiblərinin harada yaşadıqlarını dəqiqliklə bilirlər.

Polis isə bu ittihamları “absurd” adlandırıb

Zərərçəkənlər polisə müraciət etsələr də, hələ ki cinayət işi qaldırılmayıb. Hüquq-mühafizə orqanları insidentləri araşdırdıqlarını deyirlər.

Polisin sözçüsü bildirib ki, sözügedən hadisələr polis idarəsinin rəhbərinin şəxsi nəzarətindədir və yəqin ki yaxın günlərdə araşdırmanın nəticələri bilinəcək.

Müxalifətçilərsə deyirlər ki, bu, sadəcə, rejimin “üsyana qalxmış vətəndaşı qorxutmaq cəhdidir”.

“Maşınlardan biri polis idarəsinin qarşısında yanıb. Necə oldu ki, növbətçilər maşının yandığını görmədilər?” - deyə onlar sual edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG