Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:50

Papa Türkiyə səfərində diqqəti Suriya və İraqdakı qətliamlara yönəldib


-

Roma papası Francis Türkiyəyə səfərinin ikinci günü İstanbuldakı dini və tarixi məkanları gəzib .

Sayı 1.2 milyard olan katoliklərin lideri Francis Sultan Ahmet məscidində olub. Daha sonra vaxtilə kilsə olmuş, indi isə muzey kimi fəaliyyət göstərən AyaSofyaya baş çəkib.

Papa öncə Ankarada Türkiyənin Baş müftisi Mehmet Görmezlə, daha sonra İstanbulda xristian icmalarının nümayəndələri ilə də görüşüb.

Ankarada Mehmet Görmezlə görüşdən sonra Papa diqqəti Suriya və İraqda baş verənlərə çəkib:

"Hər kəs buradakı münaqişələrdən əziyyət çəkir, hümanitar vəziyyət dözülməzdir. Çox analar və uşaqlar qaçqınlıqdan, zorakılığın hər növündən əziyyət çəkir".

O həmçinin insanları dinindən asılı olmayaraq bir-birinə hörmət etməyə səsləyib.

İraqdakı xiristian icması müharibə başlayandan bəri 70 faiz azalıb. Suriyada isə 2011-ci ildə vətəndaş müharibəsi başlamazdan əvvəl xiristianlar 22 milyonluq əhalinin 10 faizini təşkil edirdi.

75 milyon əhalisi olan Türkiyədə xiristianların sayı 80 mindir.

Roma Papası Francisin Türkiyəyə noyabrın 28-dən başlanan səfəri 3 gün davam edəcək.

Bu səfər Türkiyənin cənub sərhədlərində Suriya və İraqda "İslam Dövləti" yaraqlılarının fəallaşdığı dövrə təsadüf edir. Nəzarətindəki ərazilərdə Xilafət yaratdığını elan edən "İslam Dövləti" təşkilatı şiə müsəlmanlar, xristianlar və digər dini icmalara qarşı müharibə elan edib.

Noyabrın 25-də Roma Papası Francis bildirib ki, "İslam Dövləti" yaraqlıları ilə dialoq imkansız görünsə də, yenə də bütün qapıları bağlamaq lazım deyil.

XS
SM
MD
LG