Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:19

Masallıda bələdiyyə namizədlərinə təzyiqlər edilir...


Seçki. Arxiv foto
Seçki. Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:04:27 0:00
Direct-ə keçid

Azərbaycanda bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı artıq başa çatıb. Seçkinin bu mərhələsində Masallı rayonunda bir xeyli narazılıq edənlər var. Bunlardan biri də Masallı Ziyalılar Cəmiyyətinin sədri Məmmədağa Eynullayevdir. O iddia edir ki, seçkilərə müdaxilə var:

“BÜTÜN QOHUMLARIMA TƏZYİQ EDİRLƏR Kİ, MƏNƏ VERDİKLƏRİ İMZALARI GERİ GÖTÜRSÜNLƏR”

Masallı rayonu
Masallı rayonu

“Namizədliyimi Musaküçə kənd bələdiyyəsinə vermişəm. Mənə təzyiqlər olub ki, namizədliyimi geri götürüm. Gah dairə seçki komissiyasının katibini göndərirlər, gah da icra başçısının müavinini göndərirlər, hədə-qorxu gəlirlər. Bütün qohumlarıma təzyiq edirlər ki, mənə verdikləri imzaları geri götürsünlər.”

Məmmədağa Eynullayevin sözlərinə görə, büdcə təşkilatlarında işləyən və imza verən bir neçə qohumunu yoldan çıxarda biliblər. Onlar imzalarını geri götürmək haqqında 70 saylı Masallı şəhər seçki dairəsinə müraciət ediblər. O deyir ki, qanunda imzanı geri götürmək qaydası yoxdur:

“TƏZYİQLƏRİ SÜBUT ETMƏK ÜÇÜN KİFAYƏT QƏDƏR SƏS YAZISI, ŞAHİDLƏR, FAKTLAR VAR”

“ Mənə təzyiq edənlər bununla bir şey əldə edə bilmədiklərini görüb, bu yola əl atıblar və namizədliyimi ləğv ediblər. Mən də Mərkəzi Seçki Komissiyasına əldə olunan faktlarla müraciət etmişəm. Təzyiqləri sübut etmək üçün kifayət qədər səs yazısı, şahidlər, faktlar var. Özlərinin doldurduqları protokol var ki, onun sürəti məndədir.”

Təzyiqlərin arxasında icra aparatı durur...

Məmmədağa Eynullayevin fikrincə bütün bu məsələlərin arxasında icra hakimiyyəti aparatı durur:

Məmmədağa Eynullayev
Məmmədağa Eynullayev

“İyirmi imza vermişəm, hamısı qohumlardır. Üç gündən sonra, yuxularını tərs görüb, gedib, imzalarını geri götürüblər?”

Məmmədağa Eynullayevdir deyir ki, belə problemlərlə üzləşən yeganə adam deyil. Onun bildirdiyinə görə, müstəqil namizədlərə təzyiq var. Məmmədağa Eynullayev hesab edir ki, belə hərəkətlər seçkinin demokratik keçəcəyini şübhə altına alır:

Oğul atasına verdiyi imzadan imtina edir “Yaxın qohumum, namizədliyini vermiş Xəlil Tağıyevin oğluna, atasına verdiyi imzadan imtina etmək haqqında ərizə yazdırıblar. ”

Qızılağac kənd sakini Kərim Kərimli də namizədliyinin qeydə alınmadığı üçün MSK-ya müraciət etdiyini deyir. O bildirir ki, buna səbəb kimi 71 saylı Masallı Kənd Seçki Dairəsinin qeyd etdiyi texniki düzəlişlərin vaxtında yerinə yetirilməməsi göstərilir. Kərim Kərimlinin dediyinə görə, dairə seçki komissiyasında onun telefon nömrələri olub. Sadəcə bu barədə ona bilərəkdən heç bir bildiriş etməyiblər. Masallı rayonun Təklə kənd sakini Səmədağa Nuriyev isə namizədliyinin qeydə alındığını deyir. O qeyd edir ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairə Komissiyasında olarkən orda icra hakimiyyəti aparatının işçilərini görüb. Onun fikrincə icra aparatı əməkdaşlarının mütəmadi olaraq dairə seçki komissiyalarına baş çəkmələri şübhə doğurur.

“HƏTTA MƏNİM ÖZÜMƏ SUAL VERDİLƏR Kİ, İCRA BAŞÇISI İLƏ RAZILAŞMISAN?”

“İki nəfər icra hakimiyyətində işləyən nümayəndə gəldi. Onların burda nə işi var? Bunların iş yeri icra aparatıdır. Filankəs seçilməlidir. Hətta mənim özümə sual verdilər ki, icra başçısı ilə razılaşmısan? Mən dedim bir dəfə seçilmişəm, heç kimlə sövdələşməmişəm. Ən yüksək şəkildə seçilmişəm. Söz yox ki, hökumət nümayəndələri işləməyə qoymadılar.

Musaküçə kənd bələdiyyəsi
Musaküçə kənd bələdiyyəsi

Dedilər dağıdaq. Biz razılıq vermədik. Cəmi bir il işlədik. Qalan dörd ili işləyə bilmədik.”

Masallı rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı onların ünvanına deyilən ittihamları düzgün hesab etmir. O deyir ki, seçkiləri seçki komissiyaları aparır və bu icra hakimiyyətinin səlahiyyətinə daxil deyil. Müavinin sözlərinə görə, seçkilərlə bağlı qanun nəyə imkan verirsə, onu da yerinə yetirirlər. Nəsir Muxtarlı deyir ki, icra hakimiyyəti başçısının kifayət qədər özünə aid olan işi var və o seçkiyə müdaxilə etmir. Müavin məsləhət görür ki, narazı olanlar seçki komissiyalarına və məhkəməyə müraciət etsinlər.

Masallı rayonun ərazində 72, 70 və 69 saylı seçki dairələri fəaliyyət göstərir. Bu seçki dairələrin ikisi qonşu rayonları ilə birlikdə formalaşdırılıb.

XS
SM
MD
LG