Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:57

BMT: 12.2 milyon suriyalıya humanitar yardım lazımdır


Mağaralarda məskunlaşan Suriyalı qaçqınlar
Mağaralarda məskunlaşan Suriyalı qaçqınlar

-

BMT-nin humanitar məsələlər üzrə rəsmisi bildirir ki, Suriyada zorakılığın artması, vəziyyətin pisləşməsi səbəbindən 12.2 milyon suriyalının yardıma ehtiyacı var. Valerie Amos iyulda bu rəqəmin 10.8 milyon olduğunu deyir.

Amos noyabrın 25-də BMT-nin Təhlükəsizlik Şurasında danışıb. Onun sözlərinə görə, Türkiyə və İordaniyadan Suriyanın yaraqlıların nəzarətində olan ərazilərinə hökumətlə razılaşdırılmadan göndərilən yardım “durumda dəyişiklik yaradıb”.

Amos Təhlükəsizlik Şurasından xahiş edib ki, BMT-nin bu cür yardımların çatdırılması üçün səlahiyyətini uzatsın. Hazırkı mandat yanvarın 1-də bitir.

BMT rəsmisi Suriyada vəziyyətin ağırlaşmasından danışıb. Deyib ki, 2011-ci ildən iqtisadiyyat 40 faiz azalıb. Əhalinin üçdə biri kasıblıq içindədir. Ölkə daxilində 7.6 milyon nəfər köçkünə çevrilib, 3.2 milyon başqa ölkələrə qaçıb – bütün bunlar indiyədək baş vermiş münaqişələrdə ən böyük qaçqın sayıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG