Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:19

Yeni ilə “Madaqaskar”la...


"Yeni il şənliyi -2015" Madaqaskar
"Yeni il şənliyi -2015" Madaqaskar

-

Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il tamaşasının yaradıcılıq işlərinə start verilib.

Hər il olduğu kimi bu dəfə də kiçik yaşlı tamaşaçıları maraqlı, əyləncəli, hədiyyə və surprizli yeni il tamaşası gözləyir.

Teatrın fikrincə, Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Madaqaskar” adlı tamaşası azyaşlı tamaşaçıların yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.

Tamaşada teatrın gənc və istedadlı aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov, Müşfiq Əliyev, Ramil Məmmədov, Vahid Orucoğlu, Bəhram Həsənov, Zaur Əliyev və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqlar.

Bayram proqramı və yeni tamaşa dekabrın 25-dən, 2015-ci ilin yanvarın 4- dək saat 12.00-də və 14.00-də nümayiş etdiriləcək.

Hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və qar qız qarşılayacaq, daha sonra teatrın yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış proqrama dəvət edəcəklər.

Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar “Madaqaskar”ı izləyəcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG