Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:06

Babəkin çarmıxa çəkilməsi (Ərəb tarixçisi yazır)


Babək
Babək

-

Babəki əl-ayağı bağlı vəziyyətdə boyanmış filə mindirib xəlifənin hüzuruna aparırlar...

Vəzir Ibn Ziyad bu mərasimlə bağlı şeir də deyir. Şeirin məzmunu belə idi ki, “Xorasan şeytanını filə mindiriblər...”

Ərəb tarixçisi Əli ibn əl-Əsirin yazdığı “Əl-Kamil fi-t Tarix” İslam tarixçiliyində ən mühüm əsərlərdən sayılır.

13-cü əsrdə ərəbcə yazılmış bu çoxcildlik əsərdə Azərbaycan sərkərdəsi Babək Xürrəmi haqda da yetərincə məlumat verilir.

əvvəli burda

...Babək və qardaşı Abdullahı əsir alandan sonra xilafət ordusunun komandanı Afşin onları Samirə şəhərində xəlifə Mötəsimə təhvil vermək üçün yola çıxır.

İbn əl-Əsir yazır ki, xəlifə bu qələbəyə o qədər sevinirdi ki, hörmət əlaməti olaraq hər gün Afşinə bir at və bir dəst paltar göndərirdi. (Dəyişək üçün) Afşin şəhərə çatana yaxın isə xəlifə oğlunu və başqa qohum-əqrabasını onu qarşılamağa göndərir.

Xəlifə Afşini qəbul edərək ona ləl-cəvahiratla bəzədilmiş iki kəmər bağışlayır. Bundan başqa özünə 20 milyon, ordusuna isə 10 milyon dirhəm hədiyyə edir. Sind bölgəsinin valililiyini də ona verir. Saraydakılar isə Afşini vəsf edən çıxışlar edirlər.

Afşin Babəki öz sarayında saxlayır. İbn əl-Əsir yazır ki, xəlifə Mötəsim də paltarını dəyişərək və kimliyini gizlədərək Babəkin yanına gəlib və onunla söhbət edib.

Nəhayət edam üçün xüsusi mərasim düzənlənir. Hamının baxması üçün. Babəki əl-ayağı bağlı vəziyyətdə filə mindirib Afşinin evindən xəlifənin sarayına aparırlar. İnsanlar ona tamaşa etmək üçün yol kənarına düzülür.

İbn əl-Əsir yazır ki, vəzir Ibn Ziyad bu mərasimlə bağlı şeir də deyir. Şeirin məzmunu belə idi ki, “Xorasan şeytanını filə mindiriblər. Baxın, adi vaxtlarda fili yalnız bəzəyərlər, amma bu dəfə onun həm də dərisini boyayıblar.”

Bəzz qalası, İran Azərbaycanı
Bəzz qalası, İran Azərbaycanı

Fil saraya çatanda xəlifə cəllada əmr edir ki, Babəki fildən düşürüb onun qarşısına gətirsin, əl-ayağını açsın. Əl-ayağını açandan sonra Babək təqətsiz halda yerə yıxılır. Daha sonra xəlifə cəllada əmr edir ki, Babəkin boynunu vursun, qarnını da yarsın.Cəllad hamının gözü qarşısında belə də edir.

İbn əl-Əsirin yazdığına görə, xəlifənin əmri ilə Babəkin başı Xorasana göndərilir, başsız bədəni isə çarmıxa çəkilir. Babəkin qardaşını isə Bağdada göndərirlər. Bağdad hakimi, xəlifənin əmri ilə, Babək necə edam edilibsə, Abdullahı da elə edam edir. Başsız meyiti Bağdadda “iki körpü arasında” çarmıxa çəkilir.

“Əl-Kamil fi-t Tarix” kitabının Babəklə bağlı bölümünün sonunda bəzi rəqəmlər də yer alır. İbn əl-Əsirin yazdığına görə, Afşinin rəhbərliyi ilə Babəkin üstünə göndərilmiş xilafət ordusuna hərəkətdə olduğu hər gün üçün 10 min dirhəm verilirmiş (ərzaq və atların yemi xaric). Hərəkət etməyən günlərdə isə 5 min. Ərəb tarixçisinin yazdığına görə, 21 il ərzində Babəkin öldürdüyü insanların sayı 255 min olub. Sonda Babək ordusundan 3309 nəfər əsir götürülüb. Babəkin əsir saxladığı 7600 nəfər müsəlman qadın-uşaq azad edilib. Babəkin ailəsindən olan 17 kişi və 23 qadın-qız əsir alınıb.

SON

Həmçinin oxu

Afşini necə edam etdilər

XS
SM
MD
LG