Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

Rafiq Tağının qətlindən 3 il keçir, qatil hələ də tapılmayıb


Rafiq Tağı çoxlarının yadında bu təbəssümü ilə qalıb
Rafiq Tağı çoxlarının yadında bu təbəssümü ilə qalıb

Yazıçı-publisist Rafiq Tağının ölümündən 3 il ötür. O, 2011-ci noyabrın 19-u axşam saatlarında işdən evə dönərkən naməlum şəxsin hücumuna məruz qalıb. Çoxsaylı bıçaq xəsarətləri alan yazıçı noyabrın 23-də xəstəxanada keçinib.

Rafiq Tağı ölkədə və regiondakı siyasi proseslər, icitmai hadisələr, Azərbaycan hakimiyyəti haqda sərbəst danışır, tənqidi fkirlər yazmaqdan çəkinmirdi.

Yazıçı ölümündən az əvvəl ona olan hücumun İran rejimi tərəfindən həyata keçirildiyini istisna etməmişdi. Bıçaqlanmasından bir qədər əvvəl onun İran hakimiyyətini tənqid edən məqaləsi çap olunmuşdu.

Rafiq Tağının ölümü ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət açılsa da tezliklə Baş Prokurorluq elan etdi ki, qətllə ilə bağlı cinayət işinin dayandırıb. Mətbuat xidməti bunun səbəbin belə izah edib:

“Təqsirləndirilən qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.”

Rafqi Tağının qətlinin araşdırılmasına Azərbaycan istintaq orqanlarının nümayiş etdirdiyi bu münasibət onun yaxınları və dostları tərəfindən kəskin tənqid edilib.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonununXoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib.

1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb.

1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.

1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983-1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.

2006-cı ildə yazdığı "Avropa və biz" məqaləsinə görə həbs olunan Rafiq Tağı, 2007-ci ildə Bakı şəhəri Səbail rayon məhkəməsi onu milli, irqi və dini ədavətin qızışdırılmasında günahkar sayaraq 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Prezident İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdı.

XS
SM
MD
LG