Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:00

İflicdən əziyyət çəkən 10 yaşlı Yasinə kim yardım etsin?


Arxiv fotosu
Arxiv fotosu

-

"Valideynlərimlə yaşayıram. heç yerdən gəlirim yoxdur.Atası da uşağa heç bir köməklik göstərmir. Həkimlər Yasin doğulduqdan sonra bir daha ana olmayacağımı, yenidən övlad dünyaya gətirə bilməyəcəyimi demişdilər. Bu uşaq da xəstə olduğuna görə, ərim həm məni, həm də Yasini atıb getdi. 2ildir ki, boşanmışıq. Ayda cəmi 90 manat aliment verir. Uşağ xəstə olduğuna görə, bizi istəmədi, buna görə ayrıldıq". "

TƏHSİLDƏN, QİDADAN UZAQ DÜŞƏN BALACA...

Bu ağrılı hekayəti Ülviyyə Mahmudovadan dinləyirik. 10 yaşlı övladı Yasin Məmmədzadə uşaq serebral iflicindən əziyyət çəkir. Uşaqlıqda keçirdiyi sarılıq xəstəliyinin nəticəsi olan bu xəstəlik onun yaşıdları kimi hərəkət etməsinə, təhsil almasına, hətta normal qidalanmasına da imkan vermir. Yasinin problemi isətəkcə səhhətində olan nasazlıq deyil, həm də doğulduğu ailədə ona olan münasibətdir. Atası tərəfindən tərk edilən uşağın indi yoxsul anasından başqa kiməsi yoxdur.

Cəbrayıl rayonundan qaçqın olan Ülviyyə Mahmudova deyir ki, övladının tam sağalması mümkündür. Ancaq maddi imkanı olmadığından övladını müalicə etdirə bilmir:

"Oğlumun müalicəsi tək bir əməliyyatla sağalan xəstəlik deyil. Müalicəsi uzun müddətə aparılmalıdır, müalicəyə başlanıldısa, fasilə vermək olmaz. Mütəmadi həkimin göstərişi ilə idman, masaj və digər terapiyalar olmalıdır. Dərmanları çox bahadır, bəzən bir dərmanı 100-150 manata alıram. Müalicəni aparmağa imkanım olmadığından Yasinin vəziyyəti gündən-günə pisləşir, əvvəlki müalicələrin təsiri də itir".

Ülviyyə xanımın sözlərinə görə, əvvəllər Yasin nəinki yeriməyi, danışmağı, ayaq üstə durmağı, yeməyi çeynəməyi belə bacarmayıb. 2 illik müalicə nəticəsində indi otura bilir, ağzındakı qidanı çeynəyib udur, qısa ifadələrlə fikrini izah edir.

Nevroloji dispansedə və Uşaq Bərpa Mərkəzində müalicə alan Yasin indi sadəcə qohumalrının hesabına qısa müddətə müalicəsini davam etdirir. Ana müayinə üçün övladını İrana aparıb, növbəti müayinələrəsə pul yoxdur.

SAĞALACAĞINA 90 FAİZ ÜMİD VAR, ANCAQ PUL OLSA...

Ülviyyə Mahmudova deyir ki, Yasin xəstə olsa da əqli qüsuru yoxdur:

"Yaşıdlarına baxanda çox əzab çəkir. Onlar kimi oynamaq, qaçmaq istəyir, lakin sinirlər iflic olduğundan beyin bədəni idarə edə bilmir". Ülviyyə xanımın sözlərinə görə, Yasinin əl və ayaq damarlarının açılması üçün əməliyyat olunmasına ehtiyac var. Bu əməliyyatın qiyməti isə təxminən 4000-5000 manat məbləğindədir.Həkimlər Yasinin sağalacağına 90 faiz ümidlidirlər, ancaq müalicə vaxtında aparılmazsa bu şans getdikcə azalır".

İmkansız ailə bu günə kimi dövlət qurumlarından yalnız yerli icra hakimiyyətinə müraciət ediblər. İcra hakimiyyəti bir dəfə 30 manat yardım, sonra isə heç bir köməklik göstərməyib.

İndi balaca Yasin sağlamlığına qovuşmaq üçün xeyirxah insanlardan kömək gözləyir.

Yardım etmək istəyənlər üçün hesab nömrəsi:

Mahmudova Ülviyyə Qasım qızı

AZ96UBAZ18221012041010AZN001

UNİBANK CB 17 BRANCH

SWIFT adresi: UBAZAZ22

(BAKU, AZ, Azerbaijan)

KOD: 502036

VOİN: 1300017201

XS
SM
MD
LG