Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:18

Mədəniyyət və Turizm naziri “Naməlum Axundzadə” ilə tanış oldu


“Naməlum Axundzadə” tamaşasının aktyorları
“Naməlum Axundzadə” tamaşasının aktyorları

-

Oktyabrın 29-da Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrında olub.

Teatrdan Azadlıqradiosuna verilən xəbərə görə, nazir M. F. Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” traktatı əsasında hazırlanmış “Naməlum Axundzadə” tamaşasına baxıb.

Tamaşadan sonra Ə.Qarayev kollektivlə söhbət edib, tamaşa və eləcə də YUĞ Teatrı haqqında fikirlərini bildirib.

O, bildirib ki, teatrın öz ənənələrini qoruyub-saxlamağı vacibdir.

"Naməlum Axundzadə" YUĞ teatrı
"Naməlum Axundzadə" YUĞ teatrı

Əbulfəs Qarayev YUĞ teatrının daha geniş arealda tanınması, beynəlxalq festivallarda və qastrol səfərlərində ölkəni təmsil etməsi üçün Mədəniyət və Turizm Nazirliyinin həmişə dəstək olacağını qeyd edib.

Nazir eyni zamanda teatrın maddi-texniki bazasının, işıq və səs avadanlıqlarının təkmilləşdirilməsinin də vacibliyini qeyd edib.

YUĞ Teatrının rejissoru Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşasını klassik irsə müasir yanaşma nöqteyi-nəzərindən yüksək qiymətləndirən nazir teatrın repertuar seçimi, tamaşaların nümayişi, reklam-təbliğat işlərinin aparılması və s. məsələlərlə bağlı məsləhətlərini verib və kollektivə yaradıcılıq uğurları arzulayıb.

XS
SM
MD
LG