Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:15

450 şagirdin həyatını təhlükədə qoyan Zövlə məktəbi


Zövlə kənd məktəbi
Zövlə kənd məktəbi

-

“Biz Lənkəranın ən ucqar kəndində yaşayırıq. Kəndimizdəki ikimərtəbəli, üç korpusdan ibarət olan məktəb 1990-cı ildə inşa edilib. Həmin vaxt məktəb ciddi texniki qüsurla tikilib natamam təhvil verilmişdi. O vaxtdan bəri burada təmir-tikinti işləri aparılmayıb. Tikilən dövrdən sanitar qovşaqları ümumiyyətlə işləməyib, kanalizasiya xətləri yoxdur. Dam örtüyü demək olar ki, yoxdur, çürüyüb”.

"YAĞIŞ SİNİF OTAQLARINA YAĞIR"

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Lənkəranın Zövlə kənd sakini Firudin Əsədov danışır. Onun sözlərinə görə, kənddə yerləşən orta məktəb bərbad gündədir. Əlaqədar qurumlara ünvanladıqları müraciətlər isə cavabsız qalıb.

Şikayətçi:

“Məktəbin pəncərələrinin şüşələri yoxdur, pis vəziyyətdədir. Vaxtaşırı yağan yağışlar isə məktəbi daha da pis günə qoyub. Yağış suları sinif otaqlarına, zirzəmiyə yığılır. Şagirdlər suyun içində dərs keçirlər. Bir sözlə, məktəbimiz fəlakət içindədir. Hal-hazırda mən uşaqlarımı dərsə getməyə qoymuram”.

Zevlə kənd məktəbi
Zevlə kənd məktəbi

"GƏRƏK ELƏ DAĞILA, UŞAQLAR DA ALTINDA QALA..."

Kənd sakinləri son bir ayda məktəbin vəziyyəti ilə bağlı FHN-in Baş İdarəsinə, Lənkəran Cənub Regional Şöbəsinə, Lənkəranın icra hakimiyyətinə, təhsil şöbəsinə təkrar-təkrar müraciət ediblər. Yenə müsbət nəticə yoxdur.

“Bilmirik nəyi gözləyirlər. Gərək elə bina uçub dağıla uşaqların başına, ondan sonra tədbir görsünlər. Bizə deyirlər ki, divara paya söykə, məktəb çökməsin”.

Sakinin sözlərinə görə, məktəbdə 400 şagird oxuyur, bu isə o deməkdir ki, 400 azyaşlının həyatı təhlükə ilə üz-üzə qalıb.

Lənkəran şəhər icra hakimiyyəti isə bildirir ki, zövləli şagirdlər qəzalı məktəbdə müvəqqəti təhsil alırlar. Yaxın vaxtlarda kənddə yeni məktəbin inşası gözlənilir.

XS
SM
MD
LG