Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

Həsən Hüseynli: «Həbsdən çıxacağımı gözləyirdim, amma belə tezliklə yox»


"Böhtan qurbanı olduğumu prezidentə ərizəmdə yazmışdım"
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

"Böhtan qurbanı olduğumu prezidentə ərizəmdə yazmışdım"

-

«Prezidentə müraciət etdim ki, mənə böhtan atılıb, işimə düzgün baxılsın».

Gəncədəki «Kamil Vətəndaş» İctimai Birliyinin rəhbəri Həsən Hüseynli AzadlıqRadiosuna belə deyib.

O, prezidentin 17 oktyabrda imzaladığı əfvlə azadlığa çıxanlar arasındadır. Həsən Hüseynli bildirib ki, azadlığa buraxılması onun üçün gözlənilməz olub:

«Həbsdən çıxacağımı gözləyirdim, amma belə tezliklə olacağını yox. Prezidentə təşəkkür edirəm. Azadlığa çıxmağım gözlənilməz oldu deyə, hələ ki konkret planlarım yoxdur. Mənim fəaliyyətim Azərbaycan gəncliyi üçün faydalı iş idi. Fəaliyyətimi davam etdirəcəyəm».

Həsən Hüseynli azadlıqda - 18 oktyabr 2014
Həsən Hüseynli azadlıqda - 18 oktyabr 2014

Həsən Hüseynli səhhətindəki problemlərdən də danışıb. Bildirib ki, hələ həbs olunmamışdan öncə ödündə problemlər vardı:

«Həbsdə müalicə olunmağı planlaşdırırdım. Belə qismət oldu ki, müalicəni azadlıqda edəcəyəm».

İyulun 14-də Gəncənin Nizami rayon Məhkəməsi Həsən Hüseynlini 6 il azadlıqdan məhrum etmişdi. O, həmyerlisi Arzu Qəhrəmanovu bıçaqla yaralamaqda ittiham olunurdu. QHT rəhbərinin özü həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirdi.

XS
SM
MD
LG