Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:38

Ukrayna bayrağına bürünmüş rusiyalı repçi hədəfdə


Noize MC
Noize MC

-

Rusiyada tanınmış repçi Noize MC-nin (bu, müğənni İvan Alekseyevin təxllüsüdür) konsertləri ard-arda ləğv edilir.

Son olaraq onun Belqoroddakı konsertini "təhlükəsizlik nöqteyi-nəzərindən" münasib bilməyiblər.

Guya müğənninin ölkədəki konsertlərində tez-tez dava düşdüyü üçün Belqorod rəhbərliyi belə bir qərar verib.

Bir müddət əvvəl hip-hopçu Ukraynanın qərbində - Rusiyaya qarşı nifrətin xüsusilə güclü olduğu Lvov şəhərində konsert vermiş və səhnəyə Ukrayna bayrağına bürünüb çıxmışdı. Repçinin saytında onun noyabrda Kiyevdə də konsert verəcəyi göstərilib.

Lvovdakı konsertdə Noize MC hamıya müraciət edərək "informasiya müharibəsini" pisləyib. Reper özünün də "informasiya müharibəsi qurbanı olmadığını", qonşu xalqa qarşı yönələn heç bir məqsədinin olmadığını dilə gətirib. (Ardı aşağıda)

Qeyd edək ki, Ukrayna Rusiyanı ona qarşı informasiya müharibəsi aparmaqda suçlayır.

Lvovdakı çıxışdan sonra reperin Rusiyanın Omsk, Krasnoyarsk, İrkutsk, Vladivostok şəhərlərində də konsertləri ləğv edilib.

Xatırladaq ki, Ukraynada konsert vermiş rusiyalı rokçular Andrei Makarevich və Dana Arbeninanın da aqibəti eyni cür olub, ölkə boyu konsertləri ləğv edilib.

XS
SM
MD
LG