Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:17

Məşədi İbad rolunun 3 «adaxlısı» var


Rejissor Cənnət Səlimova, aktrisa Afaq Bəşirqızı
Rejissor Cənnət Səlimova, aktrisa Afaq Bəşirqızı

-

Dövlət Musiqili Teatrında Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettası yeni quruluşda—rejissor Cənnət Səlimovanın quruluşunda hazırlanır.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, Azərbaycanda Musiqili Teatrın inkişafında və formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi 21-ci yüzillikdə də tamaşaçıları öz sehrində, cazibəsində saxlamaqdadır.

Xəbərdə bildirilir ki, rejissor Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbadı xalq artisti Hacıbaba Bağırov ifa edib, 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb.
Bu dəfə isə Məşədinin üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər ƏliyevŞövqü Hüseynov.

Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını-- Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə ŞərifəliyevaGültac Əlili təqdim edəcəklər.

Sənəm obrazının ifaçısı Xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Naidə Orucova, gənc aktrisa Gülnarə Abdullayeva, İntilligent Həsəni Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov, Məşədi Qəzənfəri əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov, Rüstəm bəyi Möylə Mirzəliyev, Qoçu Əsgəri Əzizağa Əzizov, Həsənqulu bəyi Nadir Xasiyev, Səmədzadə Xasiyev, Qəzetçi Rzanı Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov , Hambalı Hüseyn Əlili və Ağaxan Şərifov oynayacaqlar.

Beləliklə, Musiqili Teatr oktyabr ayının 25-də saat 19-00- da tamaşaçıları yeni quruluşda “O olmasın, bu olsun” operettasının premyerasına dəvət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG