Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:45

İsa Qəmbər: «Müsavatın bir başqanı var - Arif Hacılı»


Müsavatın qurultayı - 27 sentyabr 2014
Müsavatın qurultayı - 27 sentyabr 2014

-

«Seçki pozuntuları haqqında deyilənlərlə razılaşmıram. Bu təbliğatın partiyaya və təbliğatı aparanlara heç bir xeyri yoxdur. Şəffaf keçirilən seçkinin nəticələrindən narazı qalanların məsələni şişirtməsi müsavatçılıq ideyalarına hörmət etməməkdir».

Bu fikri Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər oktyabrın 11-də partiya məclisinin növbədənkənar sessiyasında səsləndirib. O deyib ki, Müsavatın VIII qurultayı demokratik seçki nümunəsi ilə tarixə düşüb:

Müsavatda partiyaiçi polemika səngimir...

Müsavatda partiyaiçi polemika səngimir...

«Azərbaycanı feodalizmə sürümək istəyən Əliyev rejiminə həddini göstərdik. Göstərdik ki, xalq hansı istiqamətdə inkişaf etməlidir, demokratik şəraitdə yaşamağa layiq xalqdır. Eyni zamanda biz demokratik seçki nümunəsi göstərdik. Müsavat Partiyası çox demokratik bir partiyadır. Ancaq nə qədər demokratik olsaq da, hər müsavatçıya bir başqan təyin edə bilmərik. Müsavatın bir başqanı var, o da Arif Hacılıdır».

Toplantıda, həmçinin, Milli Şuranın oktyabrın 12-də keçirəcəyi mitinq də müzakirə olunub.

MİLLİ ŞURA MİTİNQİNDƏ MÜSAVATIN İŞTİRAKINI İSTƏMİR

Müsavat funksioneri Gülağa Aslanlı bildirib ki, sonuncu dəfə Milli Şuranın sədri Cəmil Həsənli ilə oktyabrın 11-də danışıb və məlum olub ki, MŞ Müsavatın mitinqdə iştirakını istəmir:

«Cəmil Həsənli dedi ki, mitinq zamanı tribunada yalnız Milli Şuranın Koordinasiya Şurasının üzvləri duracaqlar və mitinqdə çıxış edənlərin də siyahısı hazırlanıb. Həmin siyahıda da Müsavat Partiyasına yer ayrılmayıb».

Sessiyada mitinqdə iştirak edib-etməmək Müsavat üzvlərinin öz ixtiyarına buraxılıb.

Müsavatın sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı 228 səslə partiyanın yeni başqanı seçilib. 200 səs toplayan Qubad İbadoğlu və onun tərəfdarları seçkilərdə pozuntular olduğunu vurğulayaraq nəticələrin araşdırılması üçün partiya rəhbərliyinə 3 ay vaxt veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG