Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:28

Ramiz Mehdiyev Şah İsmayıl haqda kitab yazıb


-

Prezidentin icra aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsi nəşr edildi.

AzərTAc kitabı belə təqdim edir:

"Bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur".

Müəllif əsəri iki hissəyə bölüb. Birinci hissədə Səfəvilər sülaləsinin etnik mənşəyi və eyniadlı sufi ordeninin yaranmasından mərkəzləşdirilmiş dövlətin təşəkkülünə qədər olan dövrdə tarixi məsələləri, Şah İsmayılın və onun əcdadlarının şanlı həyat yolu, bu sülalənin Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda mübarizəsi, habelə Səfəvilər dövlətinin siyasi sistemi və dini siyasəti nəzərdən keçirilir.

Əsərdə Səfəvilər dövlətinin banisinin dövründə bu məmləkətin mədəniyyətinə də xeyli yer ayrılıb, görkəmli hökmdarın Azərbaycan mədəniyyətinin və dilinin inkişafında xidmətləri sadalanıb.

Kitabın ikinci hissəsi Şah İsmayıl Səfəvinin müzəffər yürüşlərinə və diplomatik fəaliyyətinə, Şeybanilər və Osmanlı dövlətləri ilə müharibələrinə həsr edilib.
Müəllif bu kitabı yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb.

AzərTAc-ın xəbərində deyilir ki, "kitabda ilk dəfə olaraq, dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib. Buna kitabın sonunda göstərilən istifadə olunmuş ədəbiyyat siyahısı dəlalət edir".

XS
SM
MD
LG