Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

Hollywood filmlərinin dublyajındakı o məşhur səsin sahibi


Andrei Gavrilov
Andrei Gavrilov

-

"Bir filmi 15-25 manata dublyaj edirdik, o vaxt üçün böyük pul idi"

Azərbaycanda bir çoxlarının Amerika filmləri ilə tanışlığı sovet dövründən başlayıb. “Vexees” deyilən VHS videokasetlərindəki dublyajla.

Amma bir neçə nəslin uşaqlıq, gənclik xatirələrinin ayrılmaz hissəsi olmuş o filmlərdəki məşhur səslərin sahibləri kim idi?

Onlardan biri – indi 62 yaşı olan Andrei Gavrilovdur. Musiqi jurnalisti. O bu işlə 80-ci illərin ortalarından – SSRİ-də videomaqnitofonlar dəbə minməyə başlayandan məşğul olmağa başlayıb. İndinin özündə də bu işə davam edir. İndiyəcən 400-dən çox filmi dublyaj edib.

Onun səsində baxdığımız məşhur filmlərdən:

“Quzuların susması”

“Ququ quşu yuvası üzərindən uçarkən” 1975

“Rokki” seriyasından filmlər (Ardı aşağıda)

“Terminator”

“Tanqo və Keş”

“Cəsur ürək”

“Yağış adam”

“İndiana Cons” seriyasından filmlər

“Beşinci element”

“Maska”

​Andrei Gavrilov SSRİ Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra TASS informasiya agentliyində çalışmağa başlayıb.

soldan sağa: Andrei Gavrilov və Ivan Tolstoy, 2011
soldan sağa: Andrei Gavrilov və Ivan Tolstoy, 2011

1980-ci illərdən sovet mətbuatı üçün Qərb musiqisi, xüsusən də rok haqda məqalələr yazmağa başlayıb. Bundan başqa “Melodiya” valları üçün annotasiyalar yazıb.

"Bir filmi 15-25 manata dublyaj edirdik, o vaxt üçün böyük pul idi" - deyir Gavrilov. Əlavə edir ki, filmi hazırlıqsız, yəni baxa-baxa dublyaj edirmiş, buna görə də çətin iş idi. O deyir ki, belə dublyajda xarici dili yaxşı bilməlisən. Elə ana dilini də yaxşı bilməlisən ki, tərcümən monoton səslənməsin.

Gavrilov 1989-cu ildə “Что? Где? Когда?” viktorina proqramının da səsi olub.

2007-2008-ci illərdə Moskvanın «Кино FM» radiostansiyası ilə əməkdaşlıq edib.

Hazırda Azadlıq Radiosunun rus xidmətində İvan Tolstoyla birlikdə «Поверх барьеров» proqramını aparır.

Dəfələrlə “Oscar” Mükafatının təqdimat mərasiminin Rusiya televiziyası üçün canlı yayımda tərcüməsində iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG