Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Yunis peyğəmbəri təhqir edəni İranda asırlar - Mətbuat icmalı


İraqın Mosul şəhərində Yunis peygəmbər məscidi
İraqın Mosul şəhərində Yunis peygəmbər məscidi

-

Gürcüstan viza cənnətini ləğv edir.

İranda dində yenilik, Yunis peyğəmbəri təhqir etmək ittihamı ilə adamı asırlar.

Putinin dostu deyir ki, Ukrayna bəhanədir, ABŞ-ın çoxdanki məqsədi Rusiyanı, Avropanı qabağa getməyə qoymamaqdır.

Dünya mediası bu gün nədən yazır?

ƏN AZAD VİZA REJİMİ HARDA QALDI?

Gürcüstan hamı üçün azad immiqrasiya qaydasına son qoydu. Hərb və Sülh İnstitutunun təhlilində deyilir ki, viza rejiminin sərtləşdirilməsi Gürcüstanın iqtisadi artımına mənfi təsir edə bilər.

Amerika vətəndaşı olan Saranın həyat yoldaşı İraq vətəndaşıdır. Onlar Gürcüstanda şirkət açıblar. Bankda böyük hesabları var. Ancaq Gürcüstanda yaşamaq vizası üçün müraciət edəndə Saraya 5 illik viza verilib, ərinə isə viza verməkdən imtina edilib.

Dünyada ən sərbəst viza rejimlərindən biri olan Gürcüstanda bu aydan yeni qanun qüvvəyə minib. Yeni qanunla Gürcüstanda vizasız qalmaq vaxtı 360 gündən 90 günə endirilib, 13 ölkə vətəndaşlarına viza tələbləri qoyulub. Bu ölkələrdən biri məhz İraqdır.

Yeni viza qanunu ekspertlər arasında mübahisə doğurub. Onların çoxu bunun Gürcüstan iqtisadiyyatı üçün ziyanlı olacağını düşünürlər.

Sara deyir ki, “biz burdakı bütün bizneslərimizi bağlayıb, getmək istəyirik. Biz bura pul gətirmişik. Bizim müştərilərin əksəriyyəti xaricdəndir”.

2003-cü ildə Qızılgül İnqilabından sonra Saakashvili açıq qapı immiqrasiya siyasəti yeritməyə başladı. Xaricilərə iş icazəsi tələb olunmurdu, 360 gün vizasız qalmaq olardı. Beynəlxalq Miqrasiya təşkilatı 2008-ci ildə bildirmişdi ki, Gürcüstanda qeyri-qanuni miqrasiya demək olar ki, yoxdur.

Indi isə Saranın əri Gürcüstanda biznesini davam etdirmək üçün Gürcüstandan sığınacaq almalıdır. O belə bir müraciəti verib və buna 6 ay vaxt gedəcək.

Sara deyir ki, “Biz bacardığımız qədər mübarizə aparcağıq”.

DİNDƏ YENİLİK ETDİYİNƏ GÖRƏ…

İranda küfrə görə 37 yaşlı Mohsen Amir-Aslani edam olunub. Guardian qəzeti yazır ki, Amir-Aslani küfrdə və Yunis peyğəmbəri təhqir etməkdə günahkar bilinib.

O, 9 il qabaq küfrdə ittiham olunaraq həbs olunmuşdu.

O, psixoterapevt idi, ancaq boş vaxtlarında Quran oxuma dərsləri keçirdi və Quranda deyilənlərə öz yozumunu verirdi.

Amir-Aslani keçən həftə “dində yeniliklər etməyə”, “yer üzündə aşınmanı yaymağa” görə dar ağacından asıldı.

Ancaq insan haqları müdafiəçiləri hesab edirlər ki, Amir-Aslani öz inancına görə edam olundu. Onun günahı Yunis peyğəmbər haqda deyilənləri simvolik nağıl hesab etməsi idi.

(Dini versiyaya görə, Yunis peyğəmbəri dənizə atıblar, onu burda iri bir balıq udub, o, balığın qarnında dua edib, duası eşidilib və o, xilas olub, sahilə çıxıb - Azadlıq Radiosu)

Ancaq Guardian qəzeti yazır ki, Amir-Aslaninin asılmasına qərar verən hakimlər onun dini inanclarına görə edam olunmasını inkar edir.

Hakimiyyət onu dini dərslərə gələnlərlə cinsi əlaqədə olmada ittiham edir. Adı çəkilməyən mənbənin bildirdiyinə görə, Amir-Aslaninin həbsinin arxasında İranın kəşfiyyat xidməti dayanır. Amir-Aslani əvvəlcə İslamda yenilik etmədə ittiham olunurdu, sonra Yunis peyğəmbərin təhqir olunması ittihamı meydana çıxdı, sonda isə Amir-Aslani nikahdan kənar cinsi əlaqədə ittiham olunmağa başladı.

Guardian qəzeti yazır ki, Amir-Aslaninin öz tələbələri ilə cinsi əlaqədə olmasını sübut edən dəlillər məhkəməyə təqdim olunmadı.

Məhkəmənin hakimi isə Abolgassem Salavati idi. Salavati bir çox ədalətsiz məhkəmə hökmləri verməsi ilə tanınıb.

Bu hökmlərin çoxu edamla nəticələnib.

Guardian sonda yazır ki, dövlətin qəbul etdiyi qaydada İslama riayət etməyənlər İranda təhlükə altındaır. Amnesty international keçən həftə bildirdi ki, İranda həbsdə olan 9 Gonabadi dərvişi aclığa başlayıb. Onlar həbsxanadakı davranışa etiraz edirlər. Təşkilatın fikrincə, bu dərvişlərin yeganə günahı onların inancıdır.

QƏRB SANKSİYALARI RUSİYADA KONSPİRASİYA NƏZƏRİYYƏLƏRİNİ GÜCLƏNDİRİR

Wall Street Journal qəzetinin yazdığına görə, Qərb Rusiyaya qarşı sanksiyalar qoyur ki, Rusiya Ukrayna siyasətini dəyişsin, Rusiyada isə bu sanksiyalardan tamam başqa nəticə çıxarırlar.

Rusiya prezidenti Putinin çoxdanki dostu, Rusiya Dəmiryolları Dövlət Şirkətinin prezidenti Yakunindən soruşublar ki, Qərb sanksiyaları Kremldə qərar verənlərin Ukrayna barədə fikrini dəyişibmi? Yakunin deyib ki, Kremlin Ukrayna siyasəti dəyişmir.

Yakunin izah edir ki, Ukrayna hadisələri ABŞ-la Rusiyanın çoxdankı qarşıdurmasının yalnız davamıdır. Soyuq müharibı quratarandan ABŞ Rusiyanı iqtisadi sabotaj edir.

Yakunin deyib ki, o bir neçə il qabaq bu barədə kitabın həmmüəllifi olub. O vaxt həmin kitabdakı fikirlərə Rusiyada çoxları inanmadı. Ancaq indi Ukrayna hadisələrindən sonra, Yakuninin sözlərinə görə, bir çoxları həmin kitabda deyilənləri vəziyyətin realistik qiymətləndirilməsi hesab edir.

Wall Street Journal yazır ki, bu ilin yanvarında Rusiya əhalisi arasında ABŞ-a rəğbəti olmayanlar 44 faiz idisə, yayda eyni sorğuda ABŞ-a mənfi yanaşanlar 74 faiz oldu.

Bu sorğu 1990-cı ildən keçirilir. Hələ heç vaxt ABŞ-a belə mənfi münasibət olmayıb.

Yakunin Moskva Dövlət Universitetində saat hesabı dərs də deyir. Kitabların müəllifidir. Onun söhbət gedən monoqrafiyası 400 səhifədir. Yakunin deyir ki, ABŞ Rusiyanın qlobal gücə çevrilməsinin qabağını almaqda qətidir. ABŞ-ın digər məqsədi Avropa iqtisadiyyatını da çox qabağa getməyə qoymamaqdır.

1980-ci illərdə Nyu Yorkda sovet diplomatı işləyəmiş Yakunin deyir: “Anqlo-saksonlar çox parktiki xalqdır. Onlar gücə hörmət edir”.

66 yaşlı Yakunin Putini 1990-cı illərdən tanıyır. Onların hər ikisi Sankt Peterburq yaxınlığında Ozero adlanan yay kotecləri kooperativinin üzvü idi. Həmin qonşuların bir çoxu hazırda Rusiyanın ən nüfuzlu admlarıdır. Qərb sanskiyaları Putinə yaxın adamlar kimi məhz onları hədəfə alır.

Yakunindən soruşulub ki, Putin onun ABŞ haqda fikirlərini bölüşürmü? Yakunin deyib ki, o, yalnız öz adından danışa bilər.

XS
SM
MD
LG