Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:49

Qılman İlkinin 100 illik yubileyi qeyd ediləcək


Qılman İlkin
Qılman İlkin

-

Oktyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə "Dan ulduzu" instrumental ansamblının və sevilən müğənnilərin ifasında musiqi parçaları, ədibin müxtəlif əsərləri əsasında hazırlanmış səhnəciklər və ssenari müəllifi olduğu filmlərdən fraqmentlər təqdim olunacaq.

"Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri", “Bakı və bakılılar” kimi kitabların müəllifi olan Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biridir.

Qılman İlkin xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub.

Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına və "Xalq yazıçısı" fəxri adına layiq görülüb.

XS
SM
MD
LG