Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Rusiya “Oscar” mükafatına bu filmi təqdim etdi


"Leviafan" filmindən kadr
"Leviafan" filmindən kadr

-

“Oscar” mükafatının “Ən yaxşı xarici film” nominasiyasında mübarizə aparmaq üçün Rusiyadan «Левиафан» filmi seçilib.

Amma “Oscar” Komitəsinin ötən bazar Moskvada keçirilən qapalı iclasında verilmiş bu qərar mükafata namizəd olmağa iddialı digər rus filminin - «Горько!» komediyasının prodüserlərini narazı salıb.

Prodüserlər İlya Burets və Dmitri Nelidov bildiriblər ki, onların filmi buna daha çox layiqdir. Çünki ötən ilin oktyabrında Rusiya prokatına çıxarılan «Горько!» ən çox baxılan film olub və rekord gəlir (25 milyon dollar) gətirib.

Halbuki «Левиафан»ın premyerası təzə olub və hələ prokata da çıxmayıb ki, onun tamaşaçıların xoşuna gəlib-gəlmədiyi bilinsin.

(Rusiyada məmur özbaşınalığından bəhs edən film Cannes Festivalında bir müddət əvvəl göstərilib)

İlya Burets və Dmitri Nelidov «Левиафан»ın rejissoru Andrei Zvyagintsev-ə məktub yazıblar ki, “Oscar” iddiasından əl çəksin.

Onların fikrincə, mükafata namizəd olmaq üçün formal olaraq Moskva kinoteatrlarının birində «Левиафан»ın bir həftəlik kommersiya nümayişi təşkil edilib.

Hər bir ölkə “Oscar”ın “Ən yaxşı xarici film” nominasiyasına yalnız bir film təqdim edə bilər.

Səsvermədə «Горько!» 8, «Левиафан» isə 14 nəfərin dəstəyini qazanıb.

XS
SM
MD
LG