Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:03

“Literaturnaya qazeta”nın baş redaktoru Solzhenitsyn-ı “yıxıb-sürüdü”


Yuri Polyakov
Yuri Polyakov

-

Yazıçının həyat yoldaşı Polyakovun yazdıqlarını cavabsız qoymayıb.

“Solzhenitsyn SSRİ-dən elə-belə getmədi, o həm də faktiki olaraq amerikanları öz vətəninə qarşı müharibəyə başlamağa çağırırdı”.

Bunu Sovet dövrünün dissident yazıçısı, Nobel Mükafatlı Aleksandr Solzhenitsyn haqda Rusiyanın nüfuzlu ədəbi nəşrlərindən sayılan “Literaturnaya qazeta”nın baş redaktoru Yuri Polyakov yazır.

O, “Kultura” qəzetindəki şərhində qeyd edir ki, Solzhenitsyn-ın 100 illiyi ərəfəsində “vaxtından əvvəl ajotaj yaradılır”. Bu da onun fikrincə, müəyyən mənada yersiz görünür:

“Heç kəs Solzhenitsyn-ı görkəmli həmvətənlərimizin siyahısından silməyi təklif etmir, amma ondan pərəstiş ediləsi fiqur düzəltmək də lazım deyil. Bu ona görə lazımdır ki, yeni nəslin mədəniyyət xadimləri özləri üçün qüsurlu nəticələr çıxarmasınlar”.

Polyakovun fikrincə, əks halda hakimiyyət həmişə qarşısında növbəti “bataqlıq” üçün potensial görmüş olacaq. (2012-ci ilin mayında Bolotnı meydanında hökumətə qarşı etirazlar nəzərdə tutulur. Etirazlar kütləvi iğtişaş kimi qiymətləndirilərək cinayət işi açılıb, onlarla fəal həbs edilib– red)”.

Yazıçının yubileyinə hazırlıq işlərinə onun həyat yoldaşı, Solzhenitsyn Fondunun rəhbəri Natalya Solzhenitsyna başçılıq edir.

Natalia Solzhenitsyna
Natalia Solzhenitsyna

O, Polyakovun sözlərini cavabsız qoymayıb. Solzhenitsyna-nın bildirdiyinə görə, 1974-cü ildə SSRİ-dən qovulan yazıçı uzun müddət "Amerika mətbuatının ögey münasibəti ilə ona görə üzləşib ki, tarixi Rusiyanı müdafiə edib”.

Polyakov isə buna cavab olaraq deyib ki, “əlbəttə əziz adama heykəl tökəndə həmişə istəyirsən ki, tuncda onun ən müsbət cizgiləri əksini tapsın”.

Polyakov hesab edir ki, “”QULaq arxipelaqı” adlanan bədii araşdırma təcrübələrini orta məktəb proqramına salmaq olmaz”. Onun fikrincə, kitabda Lenin-Stalin dövrünə verilən qiymət ilə həmin dövrə aid tarixi faktlar və sağlam düşüncə arasında ciddi fərqlər var.

Amma Polyakov düşünür ki, “əsl bədii əsər olan” “İvan Denisoviçin həyatında bir gün”ü hər bir yuxarı sinif şagirdi, şübhəsiz ki, oxumalıdır...

XS
SM
MD
LG