Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:44

Türkiyənin İŞİD dilemması-Mətbuat icmalı


Suriyadan Türkiyəyə qaçan kürdlər
Suriyadan Türkiyəyə qaçan kürdlər

-

Azərbaycan-Türkiyə münasibətləri əvvəlki dövrlərdən daha möhkəmdir. Çünki siyasi həmrəylikdən başqa, enerji əməkdaşlığına söykənir.

Plüralizm separtaizmə qalib gələcək.

Regionlar niyə müstəqil olmaq istəyir? – Xırda ölkələrin yaranması və böyük uğuru qlobal təmayüldür.

Türkiyə İslam dövləti əleyhinə koalisiyaya qoşulacaqmı?

Dünya medaisı bu gün nədən yazır?

AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİNDƏ ENERJİ DÖVRÜ

Financial times qəzeti yazır ki. Azərbaycanla Türkiyənin münasibətləri indi enerji əməkdaşlığı və siyasi həmrəyliklə möhkəmlənir. İstanbuldakı Sabanci Universitetinin professor Bulent Aras qəzetə deyib ki, hazırda Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yeni dövrüdür və bu yeni dövr enerjiyə əsaslanır. Onun fikrincə, əvvəlki dövrlərə nisbətən indi Azərbaycan-Türkiyə münasibətləri daha güclü əsaslara söykənir.

Qəzet misal çəkir ki, Azərbaycan Dövlət Neft şirkətinin Türkiyədə ümumi neft və qaz layihələrinə investisiyaları 2018-ci ildə 45 milyard dollara çatmalıdır.

Türkiyə də öz növbəsində Azərbaycan layihələrində pay alır. Fransanın Total şirkəti Şahdəniz İİ layihəsində 10 faizlik payını satanda bu payı Türkiyənin dövlət neft şirkəti TPAO 1,5 milyard dollar verib, aldı.

PLÜRALİZM SEPARATİZMƏ QARŞI

Tomas Fridman New York Times qəzetində yazır ki, o, şotlandların müstəqillik əleyhinə səs verməyinə çox şaddır. Müəllifin fikrincə, plüralizm separatizmə qalib gələcək.

Şotlandiya cəmiyyətində kimisinin müstəqilliyə, kimisinin Böyük Britaniya tərkibində qalmaq istəməsinə tərəfdar olması təbiidir. Plüralizm təkcə müxtəlif fikirlərin olması, fikir ayrılığı deyil, bu həm də belə fikirlərin və bu fikirləri daşıyanların qarşılıqlı mübarizəsidir, bu da cəmiyyətə enerji verir.

Müəllifin fikrincə, ABŞ, Britaniya məhz bununla güclüdür.

Fridman hesab edir ki, ABŞ-ın , Britaniyanın güc mənbəyi çoxdur, ancaq bu gün ən böyük güc mənbəyi məjhz plüralizmdir.

Fridman Barack Obamaya işarə edərək yazır ki, babası müsəlman, özünün ikinci adı Hüseyn olan qara dərili şəxs ABŞ-da iki dəfə prezident seçilə bilir, o, seçkilərdə əvvəlcə qadına, daha sonra Mormona qalib gəlir.

Müəllif yazır ki, o, düzdür, o qədər çox yaşamayacaq ki, etnik pakistanlının Britaniyanın baş naziri və ya

Mərakeşlinin Fransa prezidenti olacağı günü görə bilsin.

Ancaq əmindir ki, plüralizm separatizmi üstələyəcək.

XIRDA DÖVLƏTLƏRİN UĞURU

Project Cyndicate məcmuəsi yazır ki, şotlandlar Britaniyada qalmağa səs verdilər, ancaq bu, qlobal təmayülə kölgə sala bilməz.

Dünyadakı bu təmayül isə kiçik dövlətlərin yaranmasıdır. İndi dünyada olan kiçik dövlətlərin 75 faizi son 70 ildə yaranıb. Onların çoxu demokratik prosesin nəticəsidir.

Xırda dövlətlərin yaranmasının bir əsas səbəbi də xırda dövlətlərin iqtisadi uğurlarıdır. BMT-nin İnsan inkişafı indeksində ən yuxarıda olan 20 dövlətdən yarısı xırda dövlətlərdir.

İnsan inkişafını, iqtisadi artımın sabitliyini, dövlətin müxtəlif qurumlarının keyfiyyətini, qlobal dünyaya uyğunlaşma qabiliyyətini götürüb, ölkənin güc indeksini müəyyən etsək, onda dünyanın 20 ən uğurlu ölkəsindən 13-ü xırda dövlətlər olur. Bu siyahıya İsveçrə, Sinqapur, Danimarka, İrlandiya başçılıq edir.

TÜRKİYƏNİN DİLEMMASI

Foreign Policy məcmuəsi soruşur ki, 49 girovunu İslam Dövləti təşkilatı yaraqlılarının əsirliyindən qurtaran Türkiyə İslam Dövləti təşkilatına qarşı koalisiyanın üzvüdür yoxsa yox? Barack Obama əmin etmək istəyir ki, Türkiyə bu koalisiyanın özəyində durur, ancaq Səudiyyə Ərəbistanında ötən həftə 10 ərəb ölkəsi İslam Təşkilatına qarşı kooalisiya yaratmaq sazişini imzalaynda, Türkiyə buna imza atmadı.

Türkiyə humanitar yardım göstərməyə, ABŞ –ın əməliyyatlarına dıstək verməyə hazırdır. Ancaq onun özü İslam Dövləti əleyhinə koalisiyaya qoşulacaqmı?

Foreign Policy yazır ki, Türkiyə bunu etmək istəsə, 2 dəfə fikirləşməlidir.

Foreign Policy misal kimi 49 girov məsələsinə qayıdaraq yazır ki, bu, çox simvolik hadisə oldu.

Türkiyə Suriya hadisələrində çox fəal idi. Ancaq İraqda 49 Türkiyə vətəndaşının girov götürülməsi ilə bağlı böhran Türkiyənin Suriyadakı yanlışlıqlarını üzə çıxartdı. Türkiyə əmin idi ki, Suriyada Bashar Assad əleyhinə islamçıları dəstəklədiyinə görə İslam dövləti yaraqlıları da öz növbəsində Türkiyə vətəndaşlarını girov götürməz.

Foreign Policy-nin fikrincə, Türkiyə üçün ən təbii yol kənarda dayanmaqdır. Ancaq İslam Dövləti əleyhinə dava qızışır. Belə vəziyyətdə qıraqda qalmaq olmur. 2003-cü il təkrar oluna bilərmi?

2003-cü ildə Türkiyə parlamenti Amerika qoşunlarına icazə vermədi ki, Türkiyə ərazisindən İraqa girə bilsinlər. Bu da ABŞ-Türkiyə münasibətlərini o vaxt soyutdu.

Foreign Policy yazlr ki, qısa deyilsə, Türkiyə dilemma qarşısındadır, o, öz girovlarını azad etsə də, indi özü girova çevrilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG